İraq Kürdüstanı parlamenti müstəqilliklə bağlı referendumun keçiriləcəyini təsdiqləyib

2017-09-16 21:17

GünAz TV: İraq kürd muxtariyyətinin parlamenti sentyabrın 25-də müstəqilliyə dair referendum keçirilməsi barədə qərarı təsdiqləyib.

 

APA-nın məlumatına görə, parlament iki illik fasilədən sonra sentyabrın 15-də fəaliyyətini bərpa edib. İlk iclasın gündəliyində referendum olub.

 

Dəyişiklik Hərəkatı, İslami Toplum Partiyası, İslami Hərəkat Partiyası və İraq Türkmən Cəbhəsi parlamentin toplantısını boykot edib. Dəyişiklik Hərəkatının nümayəndəsi Birzo Məcid parlament binasının önündə jurnalistlər qarşısında çıxış edib. O, parlamentin iclasının qanunlara uyğun keçirilmədiyini bəyan edib. O bildirib ki, Kürdüstan Demokratik Partiyası tərəfindən iki il əvvəl çevriliş həyata keçirilib və parlamentin qapısına kilid vurulub. İndi isə heç bir razılaşma və qanuni mexanizm olmadan parlament işini bərpa edib. Birzo Məcid hesab edir ki, məqsəd qanunsuz Ali Seçki və Referendum Komissiyasına dəstək verməkdir.

 

Qeyd edək ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir. Türkiyə və Amerika Birləşmiş Ştatları (ABŞ) Məsud  Bərzanini referendumu ləğv etməyə, bəzi Qərb dövlətləri isə təxirə salmağa çağırıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17