SON XƏBƏRLƏR

İraqda Azərbaycan əsgəri öldürüldü

2021.10.20, 07:36
İraqda Azərbaycan əsgəri öldürüldü

Gunaz.tv
QayNar: Müdafiə Nazirliyi İraqda Azərbaycan sülhməramlısının həlak olması ilə bağlı rəsmi məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan sülhməramlı bölüyünün əsgəri Ağayev Rafael Seyidbala oğlu İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Əsgər 1 il İraqda xidmət göstərib. ANS-Press-in verdiyi məlumata görə, əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb. 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Rəfael Ağayev artıq hərbi xidmətini başa vuraraq vətənə dönməliymiş. Onun cənazəsi bu gün doğulduğu Xaçmazın İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılacaq. Əsgərin ölümünün səbəbləri məlum deyil. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar