SON XƏBƏRLƏR

İraqda etirazçılar İranın Nəcəfdəki konsulluğunu yandırıblar - VİDEO

2021.10.20, 07:36
İraqda etirazçılar İranın Nəcəfdəki konsulluğunu yandırıblar - VİDEO

Gunaz.tv

GünazTV: İraqda yüzlərlə etirazçı noyabrın 27-si axşam saatlarında İranın Nəcəfdəki konsulluğuna hücum ediblər. Bu barədə İraq hökumətinə yaxın mənbələr və “Röyters” agentliyi məlumat yayıb.

İraq təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, iraqlı etirazçılar İran konsulluğunu ələ keçirdikdən sonra yandırıblar. Hücumda İran bayrağı aşağı endirilərək yandırılıb. Yayılan məlumatlarda bildirilir ki, İran konsulluğunun işçiləri qəzəbli etirazçıların hücumundan az əvvəl diplomatik korpusun binasını tərk edərək hadisə yerindən qaçıblar.

İraqın polis və təhlükəsizlik qüvvələri etirazçıları İran konsulluğundan uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib, hücumçulara atəş açıblar. Nəticədə etirazçılardan 3-ü atəş nəticəsində yerindəcə qətlə yetirilib, onlarla iraqlı polis isə qarşıdurmalar nəticəsində yaralanıb.

Ölkədə geniş yayılmış işsizliyə, yoxsulluğa, səhiyyə və təhsilin keyfiyyətinin aşağı düşməsinə, eləcə də İrana bağlı siyasətçilərin hökumətdə təmsil olunmasına etiraz bildirən iraqlı etirazçılar İrana və İraq hökumətinə qarşı şüarlar səsləndirirərək, İran İslam Respublikasının İraqdakı hərbi varlığına son qoyulmasını və onun ölkənin daxili işlərinə qarışmasına xitam verilməsini tələb ediblər.

Xatırladaq ki, üç həftə əvvəl iraqlı etirazçılar İranın Kərbəla şəhərindəki konsulluğuna da hücum etmiş, İranın İraqın daxili işlərinə müdaxiləsinin dayandırılmasını tələb etmişdilər.

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar