SON XƏBƏRLƏR

İraqda hökumət əleyhinə aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 72 nəfərə çatıb

2021.10.20, 07:36
İraqda hökumət əleyhinə aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 72 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Son dörd gündə İraqda keçirilən aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 72 nəfərə çatıb.


“Reuters” agentliyinin verdiyi məlumata görə, Bağdadda hökumət əleyhinə aksiyalar zamanı yaralananların sayı isə 200 nəfəri keçib.


Hökumət oktyabrın 3-də Bağdad, o cümlədən ən-Nasiriyə, əl-Hilla və əl-Amarada gecə saatlarında elan edilən komendant saatının bu gün ləğv edildiyini açıqlayıb. Bağdad küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.


Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.


Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib.

 

Mənbə: Apa

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar