SON XƏBƏRLƏR

İraqda keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin seçki bloku liderlik edir

2021.10.20, 07:36
İraqda keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin seçki bloku liderlik edir

Gunaz.tv

GünAz TV: İraqda keçirilən parlament seçkilərində şiə lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi “Sayrun” seçki bloku liderlik edir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, koalisiya İraqın 18 əyalətindən 16-da səslərin hesablanmasından sonra ilk yerdədir.

 

İraqın seçki orqanı olan Ali müstəqil komissiyanın məlumatına əsasən, seçkilərin yekun nəticələri bu gün açıqlanacaq.

 

İraqda parlament seçkiləri mayın 12-də baş tutub. Seçkilərdə seçicilərin 44,52%-i (10,7 milyon nəfər) iştirak edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar