SON XƏBƏRLƏR

İraqın Baş Naziri Amerika prezidentinə kəskin şəkildə xəbərdarlıq edib

2021.10.20, 07:36
İraqın Baş Naziri Amerika prezidentinə kəskin şəkildə xəbərdarlıq edib

Gunaz.tv
İraqın Baş Naziri Amerika prezidentinə kəskin şəkildə xəbərdarlıq edib 20080705183521_1.jpg İraqın Baş Naziri İrana qarşı hədələrin təhlükəli olacağını Amerikanın prezidentinə xəbərdarlıq edib. Nuri Maliki bu gün Amerikanın prezidenti Corc Buşla telekanalda yayımlanan müsahibəsində İranın sülh naminə nüvə fəaliyyətlərinə qarşı Amerikanın hədələrindən və bəhanələri davam etdirməsindən nigaranlığını bildirərək, təkid edib: Bu barədə Amerikanın hər növ macəra axtarması, bütün Yaxın Şərq üçün faciəli olacaqdır. İraqın Baş Naziri habelə artırıb: Bu ölkə heç vaxt xarici qüvvələrə öz ərazisindən İrana hücum etməyə icazə verməyəcəkdir. Maliki Buşa xitabən deyib: Beynəlxalq məsələləri həll etmək üçün danışıqların yolu bağlı deyildir. Əl-İraqiyyə peyk telekanalı ilə yayımlanan bu kadr konfransında, Buş Malikinin sözlərinin cavabında yalnız bununla kifayətləndi ki, Amerika hərbi hədələr və məntəqədə yeni bir müharibənin olmasına dair İraqın nigarançılığını dərk edir. IRIB Azeri Radio

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar