SON XƏBƏRLƏR

İraqlı etirazçılar İranın Bəsrədəki konsulluğunun binasına od vurublar – VİDEOLAR

2021.10.20, 07:36
İraqlı etirazçılar İranın Bəsrədəki konsulluğunun binasına od vurublar – VİDEOLAR

Gunaz.tv

GünAzTV: İraq hökumətinin ölkə əhalisinin üzləşdiyi problemlərin həllinə laqeyd yanaşmasına, onun səriştəsizliyinə və rəsmi Tehranın İraqın daxili işlərinə qarşışmasına etiraz bildirən iraqlılar İranın Bəsrə şəhərindəki konsulluğunu ələ keçirdikdən sonra ona od vurublar.

 

Sentyabrın 7-i axşam saatlarında on minlərlə Bəsrə əhalisinin iştirakı ilə keçirilən kütləvi yürüşdə, iraqlı etirazçılar əvvəlcə İran hökumətinə bağlı olan bir sıra partiyaların binalarına və İrana meyilli bəzi partiya başçılarının evlərinə hücum ediblər. Etirazçılar daha sonra İran konsulluğunun binasını ələ keçirərək ona od vurublar və İran bayrağını yerə endiriblər.

 

İran rejiminə qarşı şüarlar səsləndirən etirazçılar, ölkədə içməli suyun və işıqların tez-tez kəsilməsinə, eləcə də İranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər. Etirazlarda bir yürüşçü polis zorakılığına məruz qalaraq öldürülüb. İran konsulluğuna hücumda iranlı diplomatlardan xəsarət alan olmayıb.

 

 

Hadisədən az sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında baş vermiş olaya münasibət bildirərək, İraq hökumətindən İran konsulluğuna hücum edənlərin və ona od vuranların dərhal tutulub cəzalandırılmasını tələb edib: “Təəssüflər olsun ki, Bəsrədəki konsulluğumuza hücum edilməsi ilə bağlı yayılan xəbərlər düzdür. Konsulluğumuza qarşı edilən vəhşi hücumda diplomatik korpusumuzun yandırılması böyük maddi ziyana gətirib çıxarıb. Xoşbəxtlikdən diplomatlarımızdan hər hansı birisinin bədən xəsarəti alması barədə xəbər almamımışıq. İraq hökumətindən isə gözləntimiz odur ki, hücumçular qısa bir zamanda tutularaq ağır cəzalandırılacaqlar”.

 

 

VİDEOLAR:

 

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar