SON XƏBƏRLƏR

İraqlı etirazçılardan şüar: “Bağdad, Kərbala azaddır, İran ölkəmizdən çıxsın!”- VİDEO

2021.10.20, 07:36
İraqlı etirazçılardan şüar: “Bağdad, Kərbala azaddır, İran ölkəmizdən çıxsın!”- VİDEO

Gunaz.tv

GünAz TV: İraqda keçirilən etiraz aksiyalarında iştirak edənlər ölkənin artıq azad edildiyini və buna görə də, İran və onun müttəfiqi olan yaraqlılardan İraqı tərk etməyi tələb ediblər.

 

Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların “Bağdad azaddır, İran, rədd ol!” şüarları səsləndirdikləri eşidilir.

 

Qeyd etmək lazımdır ki, İraqda oktyabrın 1-dən etibarən keçirilən etiraz aksiyaları nəticəsində 4 nəfərin öldüyü, 294 nəfərin isə yaralandığı deyilir.

 

Xatırladaq ki, İran bu günə qədər İraqda dini mərkəzlərin bərpa edilməsinə, aparılan əməliyyatlara, eləcə də “Həşdəş-Şəbi” kimi maliyyələşdirdiyi yaraqlı qruplaşmalara milyardlarla dollar pul xərcləyib.

 

İranın “İmamların Türbələrinin Bərpası Qərargahı” adlı yaratdığı qurum ötən illər ərzində İraqda yerləşən dini abidələrin təmir və bərpa işlərinə, eləcə də onlara qızıldan günbəz tikilməsi və daxillərinə lüks ləvazimatların alınmasına milyardlarla dollar vəsait ayırıb.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar