SON XƏBƏRLƏR

İraqlılar İranın dəstəklədiyi siyasətçinin Baş Nazirlik postuna namizəd kimi irəli sürülməsinə qarşı yenidən etiraza başlayıblar

2021.10.20, 07:36
İraqlılar İranın dəstəklədiyi siyasətçinin Baş Nazirlik postuna namizəd kimi irəli sürülməsinə qarşı yenidən etiraza başlayıblar

Gunaz.tv

GünAz TV: Ötən gün minlərlə iraqlı Bağdad və cənub əyalətlərindən etiraz aksiyası təşkil edərək, İranın dəstəklədiyi siyasətçinin Baş Nazirlik postuna namizəd kimi irəli sürülməsinə qarşı şüarlar səsləndiriblər.

 

Etirazçılar cənubdan paytaxt Bağdada gələn yolları, eləcə də Bəsrə şəhərinin prospektlərini bağlamaqla, Adil Əbdülmehdinin kabinetində Səhiyyə naziri işləmiş, İranın himayə etdiyi Qusay Əl-Süheylin Baş Nazirlik postuna namizəd kimi irəli sürülməsinə qarşı şüarlar səsləndiriblər.

 

Qeyd etmək lazımdır ki, İraqda təqribən 2 ay yarım bundan əvvəldan başlayaraq, korrupsiya, səriştəsiz dövlət və İranın bu ölkəyə müdaxilələrinə qarşı nümayişlər keçirilir. Adil Əbdülmehdi etirazçıların təzyiqləri və ayətullah Əli Sistaninin tələbi nəticəsində bir müddət öncə istefa verib.

 

Ötən həftənin cümə günü Əli Sistani mövcud vəziyyətdən çıxış yolunun yalnız erkən seçkilərin keçirilməsi olduğunu deyib.

 

İran qanunlarına əsasən, Baş nazirin istefasının qəbulundan keçən 15 gün ərzində bu posta bir namizəd irəli sürülməlidir. Bu müddət dekabrın 19-da sona çatsa da, hökumət vaxtı dekabrın 22-si axşam saatlarına qədər uzatmışdı.

 

Xalq nümayişlərinin başlanmasından bu günə qədər İraq təhlükəsizlik qüvvələri, eləcə də İrana bağlı yaraqlı qruplaşmalar azı 450 nəfəri güllələyərək qətlə yetiriblər.

 

İlkin günlərdə İranın "dini lider"i Əli Xamneyi iraqlı etirazçıları "düşmənlərin məkrli planlarını həyata keçirənlər" adlandırmışdı. Əli Sistani ona verdiyi reaksiyada heç kimin İraqın daxili işlərinə qarışmaq haqqının olmadığını vurğulayaraq, rəsmiləri İraq xalqının haqlı tələblərini həyata keçirməyə və insanları qətlə yetirən təhlükəsizlik qüvvələri əməkdaşlarını cəzalandırmağa çağırmışdı.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar