SON XƏBƏRLƏR

İran rejiminin təzyiqləri ilə üzləşən Şiraz Şəhər Şurasının keçmiş üzvü ölkədən qaçdı

2021.11.10, 12:35
İran rejiminin təzyiqləri ilə üzləşən Şiraz Şəhər Şurasının keçmiş üzvü ölkədən qaçdı

Gunaz.tv

Bu barədə o, noyabrın 9-da şəxsi “Twitter” hesabında paylaşım edib. Mehdi Hacəti bildirib ki, bu addımı rejimin ona qarşı göstərdiyi təzyiq və təhdidindən yaxa qurtarmaq üçün atıb.

Öz paylaşımında Şiraz məhkəməsinin barəsində çıxardığı həbs cəzasını çəkmək üçün zindana çağırıldığını bildirən Mehdi Hacəti bildirib ki, o artıq ölkəni tərk etmək məcburiyyətində qalıb.


“Bütün dostların və tanışların nəzərinə çatdırıram ki, mən artıq ölkədən çıxmışam, lakin hələ də təhlükəsiz bir şəraitdə deyiləm. Daha təhlükəsiz bir şəraitdə vəziyyətimlə bağlı ətraflı məlumat verrəcəyəm” -deyə Şiraz Şəhər Şurasının keçmiş üzvü Mehdi Hacəti “Twitter”də etdiyi paylaşımında bildirib.


Qeyd edək ki, Mehdi Hacəti 2020-ci ilin mart ayında koronavirusun geniş yayıldığı Qum şəhərinin karantinə alınmamasını və ölkə zindanlarındakı ağır və acınacaqlı durumu tənqid etdiyinə görə həbs edilmiş və bir neçə gün sonra mülki vəsiqə girovu qoyaraq müvəqqəti azadlığa buraxılmışdı. 


O, həmçinin 2920-ci ilin sentyabr ayında mediaya açıqlamasında “sistemə qarşı təbliğat aparmaqda” günahlandırıldığını və buna görə 1 il həbsə, 2 il isə Bircənd şəhərinə sürgünə məhkum edildiyini bildirmişdi. 


Mehdi Hacəti həmçinin 2019-cu ilin oktyabr ayında “Twitter” hesabında etdiyi bir neçə paylaşımında ölkədə bəhai dinindən olan vətəndaşlara qarşı sistemli şəkildə göstərilən təzyiqlərə öz etirazını bildirdiyinə görə həbs edilərək bir il müddətinə zindanda saxlanılmışdı. 


Şiraz Şəhər Şurasının keçmiş üzvü Mehdi Hacəti öz tvitində hazırda hansı ölkəyə sığındığını açıqlamayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar