SON XƏBƏRLƏR

Şirazda bəhai qaşqay həbs edilib

2023.01.05, 11:45
Şirazda bəhai qaşqay həbs edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, təhlükəsizlik məmurları Yaşar Rastinin evinə hücum edərək axtarış aparıb.

Məmurlar ona məxsus şəxsi əşyaları müsadirə edib və özünü naməlum yerə aparıblar. Qeyd edək ki, bundan öncə onun həyat yoldaşı Bərdiya Nəsiri və bacısı Ayda Rasti də həbs edilib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar