SON XƏBƏRLƏR

Şirazda daha 2 məhkum edam edilib

2021.12.14, 12:31
Şirazda daha 2 məhkum edam edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, beş il əvvəl naməlum səbəbə görə qətl törədən məhkumlar Bəxtiyar Sərmədi və Hüseyn Heydərzadə dekabrın 12-si səhər saatlarında Şirazın dilabad zindanında dara çəkiliblər.

Beş il müddətinə həbsdə saxlandıqdan sonra edam edilən məhkumların ailə vəziyyəti və onların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 


Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar