İrəc Hərirçi: “73 milyon iranlı koronavirusla bağlı qırmızı vəziyyətdə olan bölgələrdə yaşayır”

2020-07-29 13:33

İran səhiyyə nazirinin müavini İrəc Hərirçi iyulun 28-də dövlət televiziyasına açıqlamasında ölkənin 31 əyalətindən 26-da qırmızı və fövqəladə hal vəziyyətin hökm sürməsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

 


O deyib ki, sürətlə yayılmaqda olan “Covid-19” virusu ilə bağlı qırmızı vəziyyətdə olan bölgələrə Tehran əyaləti də daxildir: “Hazırda ölkənin 83 milyon əhalisindən 73 milyonu qırmızı və fövqəladə hal vəziyyətində olan 26 əyalətdə yaşayırlar. Yalnız 10 milyona yaxın əhalisi olan 5 əyalət qırmızı vəziyyətdə deyil.


Əgər xəstəliyə yoluxanların və infeksiyadan ölənlərin sayı durmadan artsa, hökumət müxtəlif sahələrə aid daha çox iş yerlərini, o cümlədən də idman mərkəzlərini, qadın salonlarını və şadlıq evlərini bağlamaq məcburiyyətində qalacaq.


Təəssüflər olsun ki, bu günə qədər toy və yas mərasimlərinin azalmasının şahidi olmamışıq. Ölkə əhalisinin yalnız 60%-i maska taxır, 40%-i isə xəstəliyi ciddiyə almır. Bunları nəzərə alaraq, hesab edirəm ki, bizim cəmiyyətdə aparılan “Mən maska taxıram” kampaniyasının təsirini görmək üçün daha 1 ay vaxta ehtiyacımız var.


Məhərrəmlikdə dini və əzadarlıq mərasimlərinin məhdudlaşdırılması məsələsinə gəlincə, Səhiyyə Nazirliyində İslami Təbliğat Təşkilatının rəisi və səhiyyə nazirinin iştirakı ilə bizim bir iclasımız keçirilib. İclasın isə əsas mövzusu, koronavirusa yoluxmanın qarşısının alınması məsələsi idi. İclasın yekun qərarına əsasən, əzadarlıq kimi məraimlər və əzadar dəstələrin küçələrə çıxması ləğv edilməlidir. 


Nəzərə almaq lazımdır ki, hər bir toplantının mahiyyəti və keçirilməsi Səhiyyə Nazirliyinin tövsiyə və qanunlarına zidd addımdır. Elə buna görə də düşünürük ki, əvvəlki illərdə olduğu kimi bu il təntənəli əzadarlıq mərasimlərinin keçirilməsi mümkün deyil. 


Bu kimi mərasimlərin hətta qapalı məkanlarda belə keçirilməsi qeyri-mümkündür. Çünki, İslamın tövsiyə və qanunlarına əsasən, müsəlmanların canını qorumaq ən mühün vacib əməllərdən biridir” –deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib. 


A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09

gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07