SON XƏBƏRLƏR

İrəvan yenə aldadır...

2021.10.20, 07:36
İrəvan yenə aldadır...

Gunaz.tv
İrəvan yenə aldadır... Azərbaycan XİN: "Ermənistan öz baxışlarını beynəlxalq ictimaiyyətə sırımaq istəyir" Azərbaycanın xarici siyasət idarəsində hesab edirlər ki, İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "əfsanələr" yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Son günlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, İrəvanın sülh nizamlamasında tutduğu mövqe beynəlxalq qanunvericiliklə, xüsusilə də Helsinki Yekun Aktının nəticələri ilə dəstəklənir. "İrəvan diplomatik cəfənglə məşğuldur", - XİN sözçüsü Xəzər İbrahim "Ekspress"ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi Helsinki aktının xalqların öz müqəddəratını həll etməsinə əsas verdiyini dönə-dönə təkrarlamaqla öz ictimaiyyətini çaşdırır və bunu "qələbə" kimi təqdim edir. Halbuki, Azərbaycan tərəfi bu prinsipə qarşı deyil: "Eyni zamanda, həmin sənəddə müqəddəratın təsdiqinin dövlətlərin ərazi bütövlüyü prinsipini pozmadığı göstərilir. Biz də biz ərazi bütövlüyü prinsipindən də heç vaxt imtina etməmişik, etməyəcəyik və bütün razılaşmalar, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi bu prinsip çərçivəsində həyata keçirilə bilər". İbrahimin fikrincə, "görünür, erməni xalqının reallıqları qəbul etməsi və vəziyyəti anlaması üçün vaxt" lazımdır: "Nalbandyanın Helsinki aktının müvafiq bəndlərinə birtərəfli işarə etməsi onun acizliyiin göstərir. Onun istinad etdiyi bəndlər məhz Azərbaycanın qeyd etdiyi mövqeyə tamamilə uyğundur. Məhz Ermənistan imünqaqişəni hərbi yolla işğal edib. Ən məyusedici bəyanat odur ki, o unudur ki, etnik təmizləməyə məruz qalmır ərazilərdə hansı özmüqəddəratını həll etmək hüququndan söhbət gedə bilər" Bakı hesab edir ki, Dağlıq Qarabağın əhalisinin müqəddəratının həlli yalnız azərbaycanlılar da ora qayıtdıqdan və bölgədə birgə yaşayış şəraiti yaradıldıqdan sonra mümkündür. Amma yekunda bu proses bölgənin Azərbaycandan ayrılması kimi yozulmamalıdır. İbrahimə görə, İrəvanın danışıqların mahiyyətilə bağlı "əfsanələri" beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb. "Həm də görünür, bu, bir növ Azərbaycanın inkişafından olan qorxudan əmələ gəlir. Çünki Azərbaycan ən yüksək səivyyədə bəyan edib ki, öz torpaqlarını nə yolla olur olsun azad edəcək. Beləliklə, İrəvan yanlış yol tutub", -XİN rəsmisi vurğulayıb. Bakı Ermənistan tərəfini bəyanatlara vaxt sərf etməməyə və dialoqa çağırır. "Biz yalnız öz ərazi bütövlüyümüzün bərpası yollarını axtarırıq və bunun üçün istənilən addımı ata bilərik. Ermənistanın isə son bəyanatları göstərir ki, onlar prosesi birtəfəli nəzərdən keçirirlər və öz fikirlərini dünya ictimaiyyətinə həqiqət kimi təqdim etmək niyyətindədirlər. Bu birtərəflilik heç nə verməyəcək. Müzakirələr Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi, beynəlxalq hüquq norma və prinsipləri əsasında davam etdiriləcək, - diplomat vurğulayıb. - Əlbəttə, danışıqlar Ermənistanın xüsusi maraqlarına uyğun gəlməyə bilər. Lakin bu bütün dünya ictimaiyyətinin onların yalanlarına inanacağı demək deyil". Bununla yanaşı, Bakıda şübhələnirlər ki, İrəvan münaqişədən daxili siyasət üçün spekulyasiya edir. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar