SON XƏBƏRLƏR

Şiri qardaşları barədə ailələrinə məlumat verilmir

2022.05.30, 07:00
Şiri qardaşları barədə ailələrinə məlumat verilmir

Gunaz.tv

Fəalların niyə saxlanıldıqları və nədə ittiham olunduqları barədə onların yaxınlarına məlumat verilmir.

Mayın 29-da Şiri qardaşlarının ailələri onların durumları ilə maraqlanmaq üçün Təbrizin "Beheşti" Məhkəməsinə müraciət edib.

Qardaşların "cinayət işini" araşdıran Musəvi soyadlı müstəntiq fəalların ailələrini təhqir edib və onlara qardaşlar barədə hər hansı məlumat verməyib.

"Onlar hökumətə qarşı təbliğat fəaliyyətləri ilə məşğul olublar. Əgər siz də mövcud durumdan narazısınızsa bu ölkədən gedə bilərsiniz"-deyə, Musəvi məhbusların ailələrinə cavab verib.

"Bu ölkə bizimdir və buradan getmək fikrimiz yoxdur. 

Bu ölkənin uğrunda çox qanlar tökülüb. Heç yerə getmək fikrimiz yoxdur. Buradan kimsə gedəcəksə o da sizsiniz. Bir gün ədalət qurulacaq və siz bu zülmlərə görə cavab verməli olacaqsız"-deyə, Şiri qardaşlarının doğmaları müstəntiqə cavab olaraq bildiriblər. 

Mübahisədən sonra müstəntiq Davud və Əyyub Şiri qardaşlarının ailəsini təhqir edib və onların təcridxana qalma müüddətini artırdığını bildirib.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar