SON XƏBƏRLƏR

Əyyub və Davud Şiri qardaşları ETTELAAT-ın təcridxanasında saxlanılırlar

2022.05.20, 10:48
Əyyub və Davud Şiri qardaşları ETTELAAT-ın təcridxanasında saxlanılırlar

Gunaz.tv

Əyyub Şirinin tutulması ilə bağlı verilən məlumatda onu həbs etmək üçün dörd avtomobildə çox sayda təhlükəsizlik məmurunun iş yerinə basqın etdikləri bildirilir.

Məmurlar Şəyyub Şirini saxladıqdan sonra onun iş yerinin yaxınlığında olan bütün kameraları söküb aparıblar.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar