SON XƏBƏRLƏR

İSA QƏMBƏR TƏSİSÇİLİKDƏN İMTİNA XƏBƏRİNİ QEYRİ-CİDDİ SAYIR

2021.10.20, 07:36
İSA QƏMBƏR TƏSİSÇİLİKDƏN İMTİNA XƏBƏRİNİ QEYRİ-CİDDİ SAYIR

Gunaz.tv
İSA QƏMBƏR TƏSİSÇİLİKDƏN İMTİNA XƏBƏRİNİ QEYRİ-CİDDİ SAYIR Rauf Arifoğlu “Yeni Müsavat”la bağlı gəzən söz-söhbətə aydınlıq gətirdi Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməyə hazırlaşır. Bu barədə APA-ya Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, artıq partiya başqanı bununla bağlı rəhbərlikdə təmsil olunan bəzi şəxslərlə də müzakirələr aparıb. Qərarın yaxın gələcəkdə rəsmiləşdiriləcəyi gözlənilir. Müsavat başqanı İsa Qəmbər isə APA-nın mövzu ilə bağlı sualını cavabsız qoyub. O, bunu mövzunun qeyri-ciddiliyi ilə əsaslandırıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya bildirib ki, məsələ ilə bağlı onun İsa Qəmbərlə müzakirəsi gözlənilir. Bunun böyük ehtimalla nə zamansa baş verəcəyini deyən Rauf Arifoğlu yaxın aylarda belə addımın atılacağını güman edir. Rauf Arifoğlu bunu da qəzetin tam müstəqilləşməsi ilə əlaqələndirib: “Amma qeyd etməliyəm ki, mənim tərəfimdən belə bir təşəbbüs yoxdur. Əvvəldən belə razılaşmışıq ki, bu mövzuya seçkilərdən sonra qayıdacağıq və bu mövzuda tərəflər bir-birinə sürpriz etməyəcək”. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar