SON XƏBƏRLƏR

İsa Qəmbər "Yeni Müsavat" qəzetindən imtina etdi

2021.10.20, 07:36
İsa Qəmbər "Yeni Müsavat" qəzetindən imtina etdi

Gunaz.tv
İsa Qəmbər "Yeni Müsavat" qəzetindən imtina etdi article_1218280185.gif QayNar: Müsavat başqanı İsa Qəmbər avqustun 8-də «Yeni Müsavat» qəzetinin təsisçiliyindən imtina edib. Bu barədə məlumatı «Bizim yol» qəzeti Müsavat başqanına yaxın şəxslərdən alıb. Həmin məlumatda bildirilir ki, İsa Qəmbər Rauf Arifoğlunun son addımından sonra bu qərarı verib. Məlumatda o da bildirilir ki, yeni yaradılacaq qəzetin adı «Müsavat» olacaq. Artıq qəzetə rəhbərlik edəcək şəxslərin kimliyi ilə bağlı da partiyadaxili müzakirələr başlanıb. Mənbə onu da əlavə edib ki, Müsavat rəhbərliyi yeni qəzet ideyasının uğurla nəticələnəcəyinə böyük ümid bəsləyir: «Çünki, «Yeni Müsavat»ın da populyarlığı məhz İsa Qəmbərin adı ilə bağlıdır». Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu hadisələri qabaqlamamağı məsləhət görür: «Gəlin, gözləyək. Belə bir hal yarandıqda dəyərləndirək. İsa Qəmbər qəzetin fərdi şəkildə təsisçisidir. Əsas məsələ qəzetin öz mövqeyidir. Əgər qəzetin mövqeyi dəyişiləcəksə, başqan təsisçilikdən imtina edəcək».qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar