SON XƏBƏRLƏR

İsfahan zindanında daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İsfahan zindanında daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və odlu silah daşımaqda günahlandırılan daha 1 məhkum edam edilib. Ölüm hökmü iki həftə əvvəl icra olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 11 il əvvəl idarə etdiyi avtomobillə müxtəlif narkotik maddələr və 40 ədəd odlu silah daşıyarkən həbs edilən və məhkəmənin qərarı ilə barəsində ölüm hökmü çıxarılan məhkum Əli Əşuri yanvarın 6-sı sübh saatlarında İsfahanın Dəstgerd zindnında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar