İsfahanda cümə namazının qılınmasına mane olan əkinçilər, minbərdə çıxış edən axunda arxalarını çeviriblər - VİDEO

17.03.2018, 12:57

GünAzTV: Martın 15-də İsfahanda cümə namazının qılınmasına mane olan minlərlə əkinçi, bölgə suyunun Yəzd əyalətinə yönləndirilməsinə etiraz əlaməti olaraq minbərdə çıxış edən axunda arxalarını çevirərək şüarlar səsləndiriblər.

 

Minbərə və cümə namazının rəhbərinə arxalarını çevirərən əkinçilər, “Düşməndən üz çevir, üzü vətənə əyləş”, “Yalançı Ruhani, bizim Zayəndərudumuz (qurumuş çayın adı) hanı”, “Dövlət televiziyası, bizim utanc yerimizdir”, “Bu gün bizim qara günümüzdür, əkinçinin həyatı məhv olmaq üzrədir”, “Əkinçi ölər, zillətə dözməz” və “Əvvəlcə bizim problemimiz həll olunsun, sonra cümə namazı qılınsın” şüarları səsləndirən əkinçilər, əkin yerlərinin susuz qalmasına və İran prezidenti Həsən Ruhaninin problemin həlli ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz bildiriblər.

 

Bildirilir ki, etirazçı kəndlilərin qəzəbini görən İsfahan cümə namazının rəhbəri, axund Muctaba Mirdamadi, minbər arxasından əkinçilərdən öz etirazları ilə xarici düşmənin əlinə bəhanə verməməyi xahiş edib: “Təəssüflər olsun ki, ölkənin bir sıra rəsmilərinin keçmişdə verdiyi səhv qərarlar, əkinçilərə qarşı ədalətsizliyə yol verilməsinə və onların hüquqlarının tapdanmasına səbəb olub.  Sizdən xahiş edirəm ki, ölkənin asayişinə və onun təhlükəsizliyinə riayət edəsiniz və bu etirazınızla düşmənin əlinə bəhanə və süjet verməyəsiniz. Sizi əmin edirəm ki, Allah siz əkinçilərin ah-naləsini eşidəcək və sizin üçün istədiyiniz qədər yağış yağdıracaq”.

 

Qeyd edək ki, son illər, su qıtlığından və əkin yerlərini bürümüş quraqlıqdan əziyyət çəkən isfahanlı əkinçilər, İsfahandakı “Zayəndərud” çayına axan suların naməlum səbəbə görə Yəzd əyalətinə yönləndirilməsinə etiraz bildirirlər.

 

VİDEO:

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01