SON XƏBƏRLƏR

İsfahanda əkinçilərin kütləvi etirazları davam edir, şəhərə əlavə motosikletçi polis qüvvələri cəlb edilib - VİDEOLAR

2021.10.20, 07:36
İsfahanda əkinçilərin kütləvi etirazları davam edir, şəhərə əlavə motosikletçi polis qüvvələri cəlb edilib - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın İsfahan şəhərində yerli əkinçilərin molla rejiminin su qıtlığına səbəb olmuş səriştəsiz siyasətinə qarşı kütləvi etirazlar davam edir.

 

Aprelin 14-də əyalətin müxtəlif bölgələrindən olan minlərlə əkinçi, İsfahan küçələrində yürüş keçirərək, rejimin bölgədə yaranmış su qıtlığı probleminə laqeyd qalmasına etiraz bildiriblər. Etirazlar, İsfahanın imam cüməsi axund Yusif Təbatəbayi Nejadın etirazçı əkinçiləri “fitnəkar” adlandıraraq onları təhdid etməsindən bir gün sonraya təsadüf edib.

 

“Məhbus əkinçilərə azadlıq, “Əkinçi ölər, zillətə dözməz”, "Suyumuzu satan vətən satqınına ölüm olsun", “Biz su haqqımızı istəyirik” və “Bizə yalandan deyirlər ki, Amerika düşməndir, halbuki bizim əsl düşmənimiz burdadır” şüarları səsləndirən əkinçilər və onlara qatılmış şəhər əhalisi, hakim rejimin bölgədə yaranmış su böhranı ilə bağlı siyasətinə və bununla bağlı kəndlilərə verilən vədlərin boş çıxmasına etiraz bildiriblər.

 

Yayılan məlumatlarda bildirilir ki, etirazlarin dinc keçirilməsinə baxmayaraq, polisin müdaxiləsi nəticəsində yürüş iştirakçısı olan bir neçə əkinçi tutularaq naməlum istiqamətə aparılıb.  Həmçinin bildirilir ki, etirazların genişlənməsindən ehtiyatlanaraq İsfahana ətraf şəhər və bölgələrdən əlavə motosikletçi polis qüvvələri cəlb edilib. Hazırda şəhərdə vəziyyətin gərgin olduğu və İsfahanın əsas küçə və meydanlarının polis nəzarətinə götürüldüyü bildirilir.

 

Aprelin 13-də İsfahanın cümə namazına rəhbərlik edən axund Yusif Təbatəbayi Nejad, su qıtlığından əziyyət çəkdiyinə görə dinc etirazlara qalxan əkinçiləri “fitnəkar” adlandırmışdı: “Bu insanların səsləndirdiyi şüarlar göstərir ki, su onlar üçün bəhanədir. Onlar şeytana uyaraq aranı qarışdırmaq, ölkədə sabitliyi pozmaq istəyirlər. Məhz buna görə də onların qarşısı alınmalıdır”.

 

Qeyd edək ki, son illər, su qıtlığından və əkin yerlərini bürümüş quraqlıqdan əziyyət çəkən isfahanlı əkinçilər, şəhərdəki “Zayəndərud” çayına axan suların naməlum səbəbdən Yəzd əyalətinə yönləndirilməsinə etiraz bildirirlər.

 

VİDEOLAR:

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar