SON XƏBƏRLƏR

İsfahanda qəzəbli əkinçilər su qıtlığına etiraz əlaməti olaraq Su İdarəsinin qarşısında toplaşaraq şüarlar səsləndiriblər - VİDEO

2021.10.20, 07:36
İsfahanda qəzəbli əkinçilər su qıtlığına etiraz əlaməti olaraq Su İdarəsinin qarşısında toplaşaraq şüarlar səsləndiriblər - VİDEO

Gunaz.tv

GünAzTV: Martın 22-də İranın İsfahan şəhərində su qıtlığından əziyyət çəkən qəzəbli əkinçilər, Su İdarəsinin binası qarşısında toplaşaraq bölgədə yaranmış quraqlığa görə hakimiyyətə qarşı kəsin etiraz bildiriblər.

 

“Bu nə vəziyyətdir, ay dinsiz cənablar”, “Bizim fəryadımıza çatın”, “Ay müsəlmanlar hardasınız, niyə etiraz bildirmisiniz”, “Hər yer quraqlıqdır, ya bizi öldürün, ya da dərdimizə çarə qılın”, “Biz, amerikalı, israilli və DAİŞ deyilik, biz müsəlmanıq və təkcə su istəyirik”, “Hüquq-mühafizə qüvvələri, bizə dəstək verin” və “Biz ləyaqətsiz məsul şəxsləri istəmirik” şüarları səsləndirərək, hökumətdən isfahanlı kəndlilərin su qıtlığı ilə bağlı problemini aradan qaldırmasını tələb ediblər.

 

Yüzlərlə əkinçinin qatıldığı dinc etiraz aksiyasına polisin hər hansı bir müdaxiləsi barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, martın 15-də İsfahanda cümə namazının qılınmasına mane olan minlərlə əkinçi, su qıtlığına və bölgə suyunun Yəzd əyalətinə yönləndirilməsinə etiraz əlaməti olaraq minbərdə çıxış edən axunda arxalarını çevirərək şüarlar səsləndiriblər.

 

“Düşməndən üz çevir, üzü vətənə əyləş”, “Yalançı Ruhani, bizim Zayəndərudumuz (qurumuş çayın adı) hanı”, “Dövlət televiziyası, bizim utanc yerimizdir”, “Bu gün bizim qara günümüzdür, əkinçinin həyatı məhv olmaq üzrədir”, “Əkinçi ölər, zillətə dözməz” və “Əvvəlcə bizim problemimiz həll olunsun, sonra cümə namazı qılınsın” şüarları səsləndirən əkinçilər, əkin yerlərinin susuz qalmasına və İran prezidenti Həsən Ruhaninin problemin həlli ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz bildiriblər.

 

Qeyd edək ki, son illər, su qıtlığından və əkin yerlərini bürümüş quraqlıqdan əziyyət çəkən isfahanlı əkinçilər, İsfahandakı “Zayəndərud” çayına axan suların naməlum səbəbə görə Yəzd əyalətinə yönləndirilməsinə etiraz bildirirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar