SON XƏBƏRLƏR

İsfahanlı əkinçilər: “Bizə yalandan deyirlər ki, Amerika düşməndir, halbuki bizim əsl düşmənimiz burdadı” – FOTOLAR və 1 VİDEO

2021.10.20, 07:36
İsfahanlı əkinçilər: “Bizə yalandan deyirlər ki, Amerika düşməndir, halbuki bizim əsl düşmənimiz burdadı” – FOTOLAR və 1 VİDEO

Gunaz.tv

GünAzTV: Aprelin 13-də İsfahanda minlərlə əkinçi, ailə üzvləri ilə birlikdə küçələrə axışaraq, bölgədə yaranmış su qıtlığına və su qaynaqlarından düzgün istifadə olunmasında yol verilən səvlərə və yerli rəsmilərin bununla bağlı səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər.

 

İsfahanın Xorasqan məntəqəsində keçirilən etirazlara ilk dəfə olaraq kəndli çarşablı qadınların  qatılması jurnalistlərin diqqətini çəkib. “Suriyanı burax, bizə gün ağla” və “Bizə yalandan deyirlər ki, Amerika düşməndir, halbuki bizim əsl düşmənimiz burdadı” şüarları səsləndirən aksiyaçılar, molla rejiminin isfahanlı əkinçilərin üzləşdiyi problemə laqeyd yanaşmasına etiraz bildiriblər.

 

Şəhərin əsas küçə və meydanlarında nəzarəti ələ alan yerli hüquq-mühafizə qüvvələri aksiyanı dağıtmaq üçün etirazçı kəndlilərə qarşı dəyənək, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nəticədə bir neçə nəfər bədən xəsarəti alıb, bir neçə etirazçı isə saxlanılıb. Etirazlara əsasən, İsfahan əyalətinin şərqində yerləşən Ziyar, Cərquyə, Vərzənə, Əjiyyə, Hərənd, Bəran və Xorasqan  bölgələrindən olan kəndlilərin qatıldığı bildirilir.

 

Həmin gün, İsfahanın cümə namazına rəhbərlik edən axund Yusif Təbatəbayi Nejad, su qıtlığından əziyyət çəkdiyinə görə dinc etirazlara qalxan əkinçiləri “fitnəkar” adlandırıb: “Bu insanların səsləndirdiyi şüarlar göstərir ki, su onlar üçün bəhanədir. Onlar şeytana uyaraq aranı qarışdırmaq, ölkədə sabitliyi pozmaq istəyirlər. Məhz buna görə də onların qarşısı alınmalıdır”.

 

Məlumatda bildirilir ki, hazırda İsfahanda vəziyyət gərgindir və şəhərin əsas küçə və meydanları polis qüvvələrinin nəzarətindədir.

 

Qeyd edək ki, son illər, su qıtlığından və əkin yerlərini bürümüş quraqlıqdan əziyyət çəkən isfahanlı əkinçilər, İsfahandakı “Zayəndərud” çayına axan suların naməlum səbəbdən Yəzd əyalətinə yönləndirilməsinə etiraz bildirirlər.

 

 

 

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar