İşğalçı Ermənistanın İrandakı səfiri Təbrizə səfər edib

2020-07-25 12:57

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan iyulun 20-də Təbrizə səfər edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Ermənistanın Tehrandakı səfirliyinə istinadən erməni saytları məlumat yayıb. 


Güney Azərbaycan mənbələrinin bildirdiyinə görə, Artaşes Tumanyanın Şərqi Azərbaycana səfəri, işğalçı rejimin Tovuz istiqamətindən Azərbaycan Respublikası ərazilərinə qarşı hərbi hücumundan və erməni hücumuna qarşı etiraz əlaməti olaraq, Güney Azərbaycan şəhərlərində baş verən aksiyalarda onlarla dinc fəalın həbs olunmasının ardınca rəsmi Tehranın yaşıl işığı ilə baş tutub. 


Bildirilir ki, Ermənistan səfiri Təbrizə səfərində İranla Ermənistan arasında olan Nurduz və Meqri sərhəd keçid məntəqələrinə baxış keçirib, hər iki ölkə vətəndaşlarına və iş adamlarına göstərilən xidmətlə yaxından tanış olub. 


Qeyd edilir ki, Ermənistan səfiri həmçinin Şərqi Azərbaycan rəsmiləri ilə görüşərək, bölgədə koronavirus pandemiyasının yayılması səbəbilə ortaya çıxan problemlərlə maraqlanıb, İranla Ermənistan arasında informasiya mübadiləsi,  iqtisadi və səhər xidməti sahəsində birgə əməkdaşlığın genişləndirilməsi xüsusunda danışıqlar aparıb. 
 

Erməni saytlarının Ermənistanın Tehrandakı səfirliyinə istinadən yaydığı xəbərə görə, Artaşüs Tumanyan Təbrizə səfərində Ermənilərin Güney Azərbaycandakı dini lideri  yepiskop Qriqor Çiftçiyanla da görüşüb. Bildirilir ki, görüşdə, hər iki ölkədə və regionda yayılan koronavirusla bağlı son vəziyyət və onunla bağlı meydana çıxan problemlər barədə danışıqlar aparılıb. 


Güney Azərbaycan mənbələrinin bildirdiyinə görə, Təbrizdə, Urmiyada və Tehranda işğalçı rejimin Azərbaycana qarşı son hərbi təcavüzü əleyhinə keçirilən aksiyalarda onlarla fəalın həbs olunması ilə eyni vaxta düşən Artaşes Tumanyanın Təbrizə səfəri, rəsmi Tehranın açıq-aşkar erməniləri dəstəkləməsindən və İranda yaşayan milyonlarla azərbaycanlıya qarşı açıq düşmənçiliyindən xəbər verir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21