SON XƏBƏRLƏR

İşğalçı ölkənin hakimiyyətində çat böyüyür

2021.10.20, 07:36
İşğalçı ölkənin hakimiyyətində çat böyüyür

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyanın ötən gün verdiyi fərmanla ədliyyə naziri Gevorq Danielyan istefaya göndərilib. Bu barədə məlumatı “Armenia Today” agentliyi adı açıqlanmayan mənbəyə istinadən yayıb. Serj Sarkisyanın bu qərarının təfərrüatları və səbəbi hələlik məlum deyil.Xatırladaq ki, ötən gün İrəvanın meri Qagik Beqlaryan da istefa verib. Onun istefası Ermənistan prezidentinin protokolxidmətinin əməkdaşı Aram Kandayanla arasında yaranmış insidentlə bağlı olub. Son günlər KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qaik Beqlaryan Aram Kandayanı dekabrın 3-də döyüb. Plasido dominqonun konsertindən bir qədər əvvəl Aram Kandayan merin həyat yoldaşından zaodakı yerini dəyişməsini xahiş edib. Çünki o Serj Sarkisyan üçün nəzərdə tutulmuş yerin yanında oturubmuş. Bu isə Qagik Beqlaryanın xoşuna gəlməyib və vəzifə borcunu yerinə yetirən məmuru əzişdirib. Protokol qaydalarına görə, Ermənistan prezidenti ilə yanaşı yalnız ali patriarx, baş nazir və parlamentin spikeri otura bilər. ANS Press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar