SON XƏBƏRLƏR

İşğalçı rejim Xocalı soyqırımının tanıdılmasından təşvişə düşüb

2021.10.20, 07:36
İşğalçı rejim Xocalı soyqırımının tanıdılmasından təşvişə düşüb

Gunaz.tv
İşğalçı rejim Xocalı soyqırımının tanıdılmasından təşvişə düşüb Erməni tərəfi informasiya müharibəsində uduzduğunun fərqindədir Ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər separatçı rejimi təşvişə salıb. Qondarma "DQR"in "Xarici İşlər Nazirlyi" Azərbaycanın Xocalı soyqırımı tanıtdırmaq istiqamətində fəaliyyətinin nəticəsindən narahatlığını yaydığı son bəyanatla bildirib. Belə ki, işğalçı rejim Azərbaycan saytlarında Xocalı soyqırımını əks etdirən fotoşəkillərin güya Kosovo hadisələri zamanı çəkilən şəkillər kimi qələmə verməyə çalışaraq Heydər Əliyev Fondunun saytında da yer alan şəkillərin ermənilər tərəfindən törədilən soyqırım görüntüləri olduğunu inkar etməyə çalışır. İşğalçı rejim Xocalıda həyata keçiriləcək hərbi əməliyyatlar barədə 2 ay əvvəl Azərbaycan tərəfinə məlumat verildiyini və sonralar bunun eks-prezident Ayaz Mütəllibov tərəfindən etiraf edildiyini də iddia edib ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar