SON XƏBƏRLƏR

İşgəncələrdən xəstəxanalıq olan azərbaycanlı fəal Həkimə Əhmədi Ettelaat-ın təcridxanasına qaytarılıb

2021.10.20, 07:36
İşgəncələrdən xəstəxanalıq olan azərbaycanlı fəal Həkimə Əhmədi Ettelaat-ın təcridxanasına qaytarılıb

Gunaz.tv

GünAz TV: Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasında ağır işgəncələrdən sonra xəstəxanalıq olan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi yenidən təcridxanaya qaytarılıb.

 

Fəalın Ettelaat əməkdaşları tərəfindən təcridxanaya qaytarılması haqda onun yaxınları məlumat verib.

 

Hələlik Həkimə Əhmədinin sağlamlıq durumu və məhkəmənin onun Ettelaat-ın təcridxanasında işgəncə edilməsi ilə bağlı hansı qərar verəcəyi məlum deyil.

 

Təbriz Prokurorluğu isə fəalın həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbaninin onun saxlanması səbəbi və ittihamları ilə bağlı müqraciətinə heç bir cavab verməyib.

 

Məhəmmədrza Qurbani ötən günlərdə iki video yayaraq həyat yoldaşının Ettelaat-ın təcridxanasında döyüldüyünü, işgəncələr nəticəsində iki qabırğasının qırıldığı və barmaqlarının yaralandığını bildirmişdir.

 

Onun sözlərinə görə, Ettelaat əməkdaşları oktyabrın 18-də evə hücum çəkərək Həkimə xanımı yaxalayıb naməlum istiqamətə aparıblar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

 

Həkimə Əhmədi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin mədəni fəallarından biridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar