Azadlıq radiosunun fars bölümü “Radio Fərda” işgəncələr nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəal Yaşar Piri haqqında veriliş yayınlayıb.
Gunaz.tv
“Ahraz” insan haqları təşkilatının sədri Şahin Hilali “Radio Fərda”da azərbaycanlı mədəni fəal Yaşar Pirinin son durumu haqqında danışıb.
O bildirib ki, “həkimlər Y.Pirinin hazırkı sağlıq durumu barədə məlumat verməkdən boyun qaçırırlar. Onların bu davranışı mədəni fəalla bağlı olan nigərançılığı dahada artırır.”
Yaşar Piri fevralın 21-də mülki geyimli məmurlar tərəfindən saxlanılıb. Saxlanma zamanı və təcridxanada ona işgəncə verilib və döyülüb. Mədəni fəalın sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
O, buraxılandan sonra döyülmə və işgəncə nəticəsində aldığı ciddi bədən xəsarətlərinə görə xəstəxanaya yerləşdirilib.
Mədəni fəal hal-hazırda Təbriz xəstəxanasının böyrək çatışmazlığı bölməsində müalicə olunur. Dəfələrlə dializ edilib və bu proses hələdə davam edir.
C.E