SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Amerika İran neftinin satışını dayandıra bilməyəcək”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Amerika İran neftinin satışını dayandıra bilməyəcək”

Gunaz.tv

GünAzTV: İranın Birinci vitse-prezidenti İshaq Cahangiri oktyabrın 28-də jurnaalistlərə açıqlamasında Amerikanın İran neftinin ixracına qarşı sanksiyasından və rəsmi Tehranın bununla bağlı mövqeyindən danışıb.

 

Cahangiri bildirib ki, Həsən Ruhani hökuməti Amerikanın yeni sanksiyasının təsirini aradan qaldırmaq üçün müəyyən proqramlar və tədbirlər planı hazırlayıb: “Ölkənin idarə olunması üçün hökumət bəzi proqramlar nəzərdə tutub və məhz həmin tədbirlər planını nəzərə alaraq, qəti şəkildə bildirirəm ki, amerikalılar İran neftinin satışını heç bir yolla dayandıra bilməyəcəklər. Elan edirəm ki, noyabrın 4-dən sonra konkret hər hansı bir yeni hadisə baş verməyəcək. Amerikalılar bu xüsusda əllərindən gələni son 3-4 ayda ediblər və bundan sonra artıq bizə qarşı ciddi bir addım ata bilməyəcəklər. Buna baxmayaraq, Ruhani hökuməti onların ata biləcəyi hər hansı bir addımına qarşı müəyyən planların həyata keçirilməsini nəzərdə tutub”.

 

Xatırladaq ki, Amerikanı İran neftinin satışına qoyduğu sanksiyanı nəzərə alaraq, son həftələr bir sıra xarici şirkətlər, o cümlədən də Çinin “CNPC” və “Sinopec” şirkətləri İrandan neft idxalını ya tamamilə dayandırıb, ya da aldıqları neftin həcmini minimuma endiriblər.

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar