SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Neftimizi satmaq üçün yeni yollar axtarıb tapmışıq”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Neftimizi satmaq üçün yeni yollar axtarıb tapmışıq”

Gunaz.tv

GünAzTV: İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, dekabrın 7-də Yaponiyanın “Kiodo Susin” agentliyinə müsahibəsində İran neftinin satışına qoyulan sanksiyalardan, ölkədə sınaqdan keçirilən ballistik raketlərdən və onların qət etdiyi məsafədən danışıb.

 

Amerika rəsmilərinin İran neftinin satışını sıfıra endirmək istədikləri ilə bağlı səsləndirdiyi bəyanatları “təhlükəli sözlər” və “qeyri-mümkün” adlandıran Cahangiri bildirib ki, İran, ona qarşı tətbiq edilən bütün qadağa və məhdudiyyətlərə baxmayaraq, öz neftinin satışını davam etdirəcək: “Biz, neftimizi satmaq üçün yeni yollar axtarıb tapmışıq. Hətta əgər bizim əsas iqtisadi tərəfdaşlarımız bizdən neft alışını azaltsalar belə, biz yeni tərəfdaşlar axtarıb tapmışıq. Biz onlara neft satmışıq, hazırda da satırıq və bu yolu davam etdirəcəyik.

 

Əgər bizim neftimizin satışı dayandırılsa və ya onun ixracına maneələr törədilsə, dünya əmin olsun ki, biz sakit qalmayacaq, mütləq hansısa uyğun bir addım atacağıq. Bizim müxtəlif seçimlərimiz var. Belə ki, vəziyyətdən və şəraitdən asılı olaraq uyğun bir qərar qəbul edəcəyik.

 

Bizim raketlərə və onların sınaqdan keçirilməsi məsələsinə gəlincə, bir daha təkrar edirik ki, bu raketlər sadəcə olaraq müdafiə və qabaqlayıcı xarakter daşıyırlar. İran öz raketlərinin qət etdiyi məsafəni təyin etmək üçün heç kəsdən icazə almayacaq. Biz, ölkəmizə qarşı təhdid sayıldığını hiss etdiyimiz istənilən addımın qarşısını alacağıq. Biz, ölkəmizin müdafiə sahəsindəki ehtiyaclarını nəzərə alaraq, ona uyğun da raket istehsalını davam etdirəcəyik”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar