SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Ölkənin neft ixracatının həcmi kəskin dərəcədə azalıb”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Ölkənin neft ixracatının həcmi kəskin dərəcədə azalıb”

Gunaz.tv

GünazTV: İranın birinci vitse-prezidenti İshaq Cahangiri dekabrın 16-da jurnalistlərə açıqlamasında ölkənin ağır iqtisadi durumundan və neft ixracatının minimuma enməsindən danışıb.

 

O deyib ki, hökumət yeni il büdcəsində gündəlik 1 milyon barel neftin ixrac olunmasını nəzərə tutsa da, hazırda ölkədən ixrac edilən neftin həcmi ən aşağı səviyyəyə enib: “Mən, bəzi naməhrəm qulaqlar (düşmənlər) eşitməsin-deyə, hazırda nə qədər neft ixrac etdiyimizi açıqlamayacağam. Lakin bircə bunu deyə bilərəm ki, neft ixracatımızın həcmi kəskin dərəcədə aşağı düşüb.

 

Təəssüflər olsun ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar, ölkənin iqtisadi quruluşunda olan mövcud problemlər və mövcud idarəetmə sistemində olan nöqsanlar bizə böyük çətinliklər yaradıb və indiki ağır vəziyyətin yaranmasına səbəb olub” –deyə, İranın birinci vitse-prezidenti İshaq Cahangiri əlavə edib.

 

İshaq Cahangiri İranın neft ixracatının nə qədər olduğunu bildirməsə də, ölkənin gündəlik ixrac etdiyi neftin hazırda 100-300 min barel arasında olduğu təxmin edilir.

 

Qeyd edək ki, Amerikanın sanksiyalarından əvvəl, İranın gündəlik neft ixracatının həcmi 2-3 milyon barel təşkil edirdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar