SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Sel ölkəyə fayda gətirib, buna görə gərək Allaha şükür edək”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Sel ölkəyə fayda gətirib, buna görə gərək Allaha şükür edək”

Gunaz.tv

GünAz TV: İran prezidentinin müavini İshaq Cahangiri ölkədə cərəyan edən əlverişsiz hava şəraiti və daşqınlara münasibət bildirib.

 

O, hazırda ölkənin yarısından çoxunu cənginə alan seli “Allahın neməti” adlandırıb və bildirib ki, “sel ölkəyə fayda gətirib, buna görə gərək Allaha şükür edək”.

 

Cahangiri həmçinin zərərçəkənləri narahat olmamağa çağırıb və “dövlətin vətəndaşlara kompensasiya verəcəyi”ni bildirib.

 

İran prezidentinin müavini selin ölkəyə gətirdiyi “faydalar”ın nədən ibarət olduğunu deməyib.

 

Qeyd etmək lazımdır ki, öncəki illərdə İranın müxtəlif bölgələrində baş verən zəlzələ və sel kimi təbii fəlakətlərdən sonra da İran rəsmiləri xalqa kompensasiya ödəniləcəyi barədə söz vermişdilər. Lakin sonrakı illərdə bu kompensasiyalar ödənməmişdi.

 

Aprelin 1-də İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi də hazırda ölkədə baş verən təbii fəlakətlərə qəribə reaksiya vermişdi. O, seli “İran rəsmilərinin xalqa yardım etməkdə müvəffəq olduqlarını göstərən ilahi fürsət” kimi dəyərləndirmişdi.

 

Xatırladaq  ki, mart ayının sonlarına doğru İranda yağan leysan yağışları daşqınlara səbəb olub. Ölkənin əksər bölgələrində həyat iflic olub. Bu günə qədər olan rəsmi məlumatlara əsasən, sel nəticəsində ölənlərin sayı 42 nəfərdir. Yaralananların sayının isə minlərlə olduğu deyilir. Digər tərəfdən, selin səbəb olduğu iqtisadi zərərlərin həcmi də milyardlarla dollar civarında ölçülür. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar