SON XƏBƏRLƏR

Rəisi və Paşinyan regional kommunikasiya xətlərinin açılışını müzakirə ediblər

2022.06.02, 07:27
Rəisi və Paşinyan regional kommunikasiya xətlərinin açılışını müzakirə ediblər

Gunaz.tv

Məlumatı “News.am” yayıb.

Bildirilib ki, Nikol Paşinyan İranın hökumət başçısı ilə mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldəki görüşü barədə təəssüratını bölüşüb.

Məlumata görə, tərəflər regional kommunikasiya xətlərinin açılışı, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və münasibətlərin normallaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Bundan başqa, hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişafı, Ermənistan-İran üçüncü elektrik ötürücüsü xəttinin tikintisi və energetika sahəsində əməkdaşlıqdan danışıblar.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar