İran prezidentinin Zəngana səfəri gözləntiləri doğrultmadı

19.11.2021, 14:56

Xəbər verildiyi kimi İran prezidenti İbrahim Rəisi noyabrın 18-də Azərbaycan şəhəri Zəngana səfər edib. Bu səfər mövcud sosial problemlərin həlli ilə bağlı gözləntiləri doğrultmayıb.

Gunaz.tv Quote | Gunaz article

Səfər zamanı mövcud olan problemlərin aradan qaldırılması, təklif olunan layihələrin həyata keçirilməsi ilə bağlı hər hası planın nəzərdə tutulmadığı bəlli olub.

İranın Sənaye, Mədən və Ticarət Naziri Seyid Rza Fatimi Əmin mətbuata verdiyi açıqlamada prezidentin Zəngana səfəri zamanı bu günə kimi yarımçıq qalan layihələrin tamamlanması məsələlərinin müzakirə olunduğunu deyib.

O, uzun illərdir yarımçıq qalan sənaye şəhərciyinin isfrastrukturunun təkmilləşdirilməsi və başqa 20 yarımçıq layihənin tamamlanması üzərində çalışdıqlarını qeyd edib.

“Hökumətin qarşısında duran əsas məsələ həyata keçirilməsi vacib olan yarımçıq layihələrin başa çatdırılmasıdır”-deyə, İbrahim Rəisi noyabrın 18-i, axşam saatlarında səfərin yekunları ilə bağlı mətbuat nümayəndələrinə verdiyi açıqlama bildirib.    

Qeyd edək ki, Rəisinin əyalətlərə səfərləri zamanı əsasən yarımçıq qalan layihələr müzakirə olunur və yeni layihələrin başlanması nəzərdə tutulmur.

Bundan öncə oktyabrın 22-də başqa Azərbaycan şəhəri Ərdəbilə səfər edən İbrahim Rəisinin problemlərin həlli ilə bağlı verdiyi sözlərin heç birinin həlli istiqamətində addım atılmadığı müşahidə olunur.

Prezidentin 1500 işçisi olan və Orta Doğunun ən böyük parça istehsalçılarından biri sayılan “Səbəlan parça”nın durumunun yaxşılaşdırılması, işçilərin əmək haqlarının ödənilməsi üçün tədbirlər görülməsi barədə dediklərinə baxmayaraq, heç bir addım atılmadığı üçün fabrik işçiləri neçə gündür tətil aksiyası keçirir. 

Rəisinin bölgəyə səfəri formal xarakter daşıyır. Onun səfərləri zamanı yeni layihələrin təməlatması olmur. Bu səfərlərin uzun illərdir yığılıb qalan problemlərin həllində hansısa möcüzə yaradacağı gözlənilmir.

C.E

 

اولویتهای کوتاه مدت فاطمی امین کدام‌اند؟ - ایسنا

İranın Sənaye, Mədən və Ticarət Naziri Seyid Rza Fatimi Əmin

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25

gun az article

Azərbaycanlı veteran futbolçu Əli Dayinin Kirmana sərmayə yatırması narazılıq doğurdu

2022-05-25

gun az article

Şərqi Azərbaycan İran parlamentinin Rəyasət Heyətində kürsüsünü itirdi

2022-05-25

gun az article

“Özümüz” proqramında müzakirə: “Qaraqoyunlu dövləti” -VİDEO

2022-05-25

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxan uşaqların sayı artıb

2022-05-25

gun az article

Güney Azərbaycanda dəmiryolu işçiləri etirazlara başlayıb

2022-05-25

gun az article

Güney Azərbaycan ali məktəbləri Ərzrum Universiteti ilə əməkdaşlıq edəcək

2022-05-25

gun az article

Şərqi Azərbaycanda məktəb və dövlət idarələri bağlandı

2022-05-25

gun az article

Güneyli alimin edam hökmünün ləğvi istəyi ilə mitinqə çağırış edilib

2022-05-25

gun az article

Abbas Lisani yenidən əməliyyat olunub

2022-05-25

gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24