SON XƏBƏRLƏR

İşıqsız qalan Təbriz bazarı təxminən tətil vəziyyətdədir – GÖRÜNTÜ

2021.10.20, 07:36
İşıqsız qalan Təbriz bazarı təxminən tətil vəziyyətdədir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində elektrik enerjisinin verilməsində fasilələrin yaranması əhalinin gündəlik həyatını iflic etməklə yanaşı istehsal müəssisələri, ticarət mərkəzləri, mağazalar və s. kimi yerlərdə normal iş rejiminin pozulmasına səbəb olub.

 

Mövzu ilə bağlı “Fars” xəbər agentliyində yayılan bir xəbərdə Təbriz bazarında yaranan problemlərə işarə olunub.

 

“Elektrik enerjisinin verilməsində yaranan fasilələrdən dolayı təxminən tətil vəziyyətdə olan məkanlardan biri də Təbriz bazarıdır. Burada mağaza sahibləri iş yerlərini bir neçə saat tez və ya bir neçə saat gec bağlamağa məcbur olur”- deyə məlumatda qeyd olunub.

 

Xəbər agentliyinin yaydığı informasiyaya görə, bir çox mağaza sahibi alışveriş üçün qədim üsula keçib, onlar kiçik fənərlər və qaz lampalarından istifadə etməklə vəziyyətdən çıxmağa çalışırlar.

 

Yaranan problem nəticəsində dəymiş maddi ziyanın məbləği yüksəkdir və Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərini əhatə edir.

 

İran rejimi azərbaycanlıların etirazına məhəl qoymadan hələ də işğalçı Ermənistanın bir çox bölgəsini elektrik enerjisi ilə təmin edir. Bu məsələ soydaşlarımızın xüsusi etirazına səbəb olub. Etirazlar o həddə çatıb ki, yerli məsullar, o cümlədən Şərqi Azərbaycan valisi və Şərqi Azərbaycan Məntəqə Elektrik Təşkilatının icraçı direktoru ötən günlərdə Ermənistana elektrik enerjisi verilmədiyini iddia edərək hər kəsin bildiyi faktı inkar etməyə məcbur olublar.

 

 

 

 

 

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar