SON XƏBƏRLƏR

Misir səfiri: "Qarabağın minalardan təmizlənməsinə kömək olmağa hazırıq"

2021.10.27, 13:33
Misir səfiri: "Qarabağın minalardan təmizlənməsinə kömək olmağa hazırıq"

Gunaz.tv

Bunu Misirin Azərbaycandakı səfiri Adil İbrahim bildirib.

Bu istiqamətdə uzunmüddətli əməkdaşlığa hazırlaşdıqlarını dilə gətirən səfir Misir şirkətlərini azad olunmuş bölgələrdəki bərpa və quruculuq işlərində iştirak etməyə sövq edən yüksək səviyyədə rəsmi təlimatların olduğunu vurğulayıb.

Minalardan təmizləməyə gəlincə, misirli diplomat hələ İkinci Dünya Müharibəsi dövründən minaların qaldığı ölkəsinin bu sahədə geniş təcrübəyə malik olduğunu diqqətə çatdırıb: 

“Bu məsələdə təcrübəmizi bölüşə bilərik. Mən ANAMA-da olanda Misir şirkətlərinin nə kimi yardım edə biləcəklərini müzakirə etdik. Yəqin ki, tezliklə buraya Misir şirkətlərini cəlb etməyin yolunu və çərçivəsini müəyyənləşdirərik”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar