SON XƏBƏRLƏR

İslam inqilabının 40-cı öldünümündə İranın müxtəlif şəhərlərində asılan bannerlərə hücum edilir, yandırılır - FOTOLAR

2021.10.20, 07:36
İslam inqilabının 40-cı öldünümündə İranın müxtəlif şəhərlərində asılan bannerlərə hücum edilir, yandırılır - FOTOLAR

Gunaz.tv

GünAzTV: İslam inqilabının 40-cı ildönümü ərəfəsində İranın müxtəlif şəhərlərində asılan bannerlərə hücum edilir, yandırılır.

 

Yayılan məlumatlara əsasən, son günlər, paytaxt Tehranda və bir sıra digər şəhərlərdə molla rejimindən cana gələn dinc etirazçılar, həmin bannerləri cırdıqdan sonra onlara od vururlar. Ölkə əhalisi tərəfindən od vurulan bannerlər arasında, İslam inqilabının qurucusu axund Ruhullah Xomeyni və İranın indiki dini lideri Əli Xamneyinin şəkilləri çoxluq təşkil edir.

 

Qeyd edək ki, molla hakimiyyətinin 40-cı ildönümü münasibətilə fevralın 11-də (22 Bəhmən) Tehranda və bir sıra digər iri şəhərlərdə hakimiyyət tərəfdarlarının yürüşü planlaşdırılıb. Dövlət idarələrində çalışan işçilərin və məktəblilərin yürüşə qatılması məcburidir. Paytaxtın ətraf kəndlərinə və digər kiçik şəhərlərə göndərilən minlərlə avtobusun, kəndliləri və digər yoxsul əhalini pul və yemək qarşılığında yürüşə qatılıb hakimiyyətə dəstək verməsi üçün paytaxta gətirməsi gözlənilir.

 

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini iddia edirlər.

  

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar