“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır

2021-05-06 09:53

Azərbaycan ordusunun hərbi təlimlərində İsraildə istehsal edilmiş silahlar tətbiq olunur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoçarxda Rusiyada istehsal edilmiş döyüş helikopterində quraşdırılmış “Tamuz” raketini görmək olar.

Gunaz.tv Quote | Gunaz article

Şmuel Din Elmasın İsraildə çıxan nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib.

Məqalənin müəllifi qeyd edir ki, Azərbaycanda İsrail silahından istifadə edilməsi və bu silahın rəsmi Bakı üçün böyük əhəmiyyət kəsb etməsi artıq sirr deyil. Şmuel Din Elmas vurğulayır: “İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq uğurları İsrail texnologiyalarının, o cümlədən “Harop” pilotsuz uçuş aparatlarının, bərk yanacaqla işləyən “Lora” ballistik operativ-taktiki raket kompleksinin, tank əleyhinə “Spike” raket kompleksinin, xüsusən “Spike-NLOS” raketlərinin yüksək keyfiyyətini nümayiş etdirdi”.

Müəllif qeyd edir ki, indi Türkiyədə istehsal edilən “Bayraqdar” PUA-lara həsr edilmiş sənədli kadrlar əsasında Rusiya istehsalı olan döyüş helikopterində İsrailin “Tamuz” raketinin quraşdırılması barədə təsəvvür yaranır.

Şmuel Din Elmas vurğulayır ki, stasionar vəziyyətdən, qırıcı təyyarə, avtomobil, zirehli döyüş maşını və gəmi üzərində quraşdırılmış “Tamuz” raketi 25-30 kilometr məsafədə yerləşən tanklara qarşı səmərəli vasitədir. Müqayisə üçün qeyd edək ki, başqa seriyalı raketlərin təsir məsafəsi 1,5 kilometrdən “Spike-SR” raketləri üçün 10 kilometrə, “Spike-ER II” raketləri üçün 16 kilometrə qədərdir.

Sənədli kadrlardan aşkar görünür ki, İsrail istehsalı olan “Tamuz” raketlərindən istifadə edildikdə “Bayraqdar” PUA və döyüş helikopterləri arasında qarşılıqlı fəaliyyət LOAL (raket buraxıldıqdan sonra onu bloklamaq imkanı) rejimində həyata keçirilir. Bu o deməkdir ki, “Tamuz” raketi buraxılandan sonra onun uzaq məsafədə yerləşən hədəfini dəyişmək olar. Bu halda PUA-ya yeni hədəfin koordinatlarının verilməsi kifayətdir.

İsrail-Azərbaycan tərəfdaşlığı üzrə ekspert Arye Qut “İsrael HaYom” nəşrində yazır: “Bakı üçün əsas silah tədarükçüləri İsrail, Rusiya, Belarus və Türkiyədir. İsrail ilə Azərbaycan arasında tərəfdaşlıq etibarlı və hər iki tərəf üçün sərfəlidir. Bu gün İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirmişdi ki, iki ölkə arasında hərbi sazişlərin həcmi 5 milyard dollardır.

Regional miqyasda bu çox böyük məbləğdir. Buraya İsraildə istehsal edilmiş kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlər daxildir. Bu silahların real müharibə şəraitində tanklara və təyyarələrə, radar qurğularına və elektron silahlara qarşı effektivliyi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun erməni işğalçıları üzərində parlaq qələbəsi ilə bir daha təsdiqləndi”. (AZƏRTAC)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16