İsrail agentliyi: 27 il davam etmiş işğal dövründə faşist və vandal ermənilər Ağdamı vəhşicəsinə məhv ediblər

2021-03-05 11:41

Yəhudilər bütün dünyada Hanuka bayramını qeyd etdikləri bir vaxtda mən İkinci Qarabağ müharibəsindən sonra Ağdamda yaranmış vəziyyətlə sələvi yunanlara qarşı üsyan edəndən sonra ...

Gunaz.tv Quote | Gunaz article

Yəhudilər bütün dünyada Hanuka bayramını qeyd etdikləri bir vaxtda mən İkinci Qarabağ müharibəsindən sonra Ağdamda yaranmış vəziyyətlə sələvi yunanlara qarşı üsyan edəndən sonra makkaveylər tərəfindən Yerusəlimdəki Məbədin geri qaytarılması arasında oxşarlığı qeyd etməyə bilmərəm. Mənim nəzərimdə bu yaxınlarda Ağdamın işğaldan azad edilməsi min il bundan əvvəl Hanuka bayramı dövründə Yerusəlimin yəhudilər tərəfindən azad edilməsinə bənzəyir.


AZƏRTAC xəbər verir ki, siyasi analitik Raxel Avraam bu sözləri nüfuzlu “Jewish Press” informasiya agentliyinin saytında yazıb.


Raxel Avraamın fikrincə, sələvi yunanların hakimiyyəti dövründə yəhudilər Tövratı öyrənmək, sünnət etmək, koşer qidası yemək, Şabbatı və digər bayramları qeyd etmək hüquqlarından məhrum olunmuşdu. Sələvi yunanlar Yerusəlimdəki Müqəddəs Məbədi murdarladılar, yəhudi xalqını donuzdan və digər murdar heyvanlardan qurban kəsməyə məcbur etdilər. Tövratın müqəddəsliyinə inanan bütün yəhudilər bu qəddarlıq nəticəsində şəhərləri tərk etdilər və mağaralarda gizləndilər. Onlar yenidən azadlıq əldə etmək və yəhudilər kimi yaşamaq üçün qədim yunanlara qarşı üsyan qaldırdılar.


Məqalənin müəllifi Azərbaycanın qədim Ağdam şəhərini qədim yəhudi şəhərləri ilə müqayisə edərək yazır ki, Ağdam şəhəri ermənilər tərəfindən işğal edildiyi dövrdə kabusa çevrilib. Həqiqətən, Ağdamda qeydə alınmış dağıntılar bizim eranın 135-ci ilində Bar-Koxba üsyanı yatırılandan sonra yəhudi xalqının məruz qaldığı dağıntılara oxşayırdı. O vaxt işğalçılar tərəfindən kobud qüvvə tətbiq edilməklə Yerusəlimdə yəhudilərə qarşı etnik təmizləmə aparılmışdı.


Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru Arye Qut deyib: “İşğaldan əvvəl Ağdam şəhərində dəmir yolu stansiyası, çoxsaylı tədris müəssisələri, teatr, gözəl bağlar, tarixi abidələr, mədəniyyət və memarlıq nümunələri vardı.


Keçmiş Sovet İttifaqında yeganə Çörək Muzeyi burada yerləşirdi. Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, həmin muzeydə qədim dövrə və orta əsrlərə aid eksponatlar, o cümlədən daşlaşmış taxıl nümunələri, nadir dənli bitki növləri, kənd təsərrüfatına aid kitablar, qədim əlyazmalar, qədim əmək alətləri və digər eksponatlar vardı. Erməni faşist və vandallar bütün bunları vəhşicəsinə məhv edib, Ağdamı müasir Xirosimaya çeviriblər. Şəhərdəki 100-dən çox memarlıq abidəsi, 80 mədəniyyət və tarix abidəsi, məscidlər və nadir əlyazmalar erməni faşistlər tərəfindən məhv edilib”.


İsrailli ekspert yazır: “ABŞ Qaçqınlar Komitəsinin hesabatına görə, Ağdamın 153.000 sakinindən 128.584 nəfəri məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Ağdamda yalnız kimsəsiz küçələr, dağıdılmış tikililərin ot basmış xarabalıqları qalıb. Şəhər qarət edilib və yandırılıb”.


Məqalə müəllifi vurğulayır ki, ermənilər də qədim dövrdəki sələvi yunanlar kimi Azərbaycan məscidlərində donuz saxlayıb, azərbaycanlılara məxsus sitayiş yerlərini murdarlayıblar.
Raxel Avraam yazır: “Vaxtilə Ağdamda yaşamış azərbaycanlılar 27 ildən sonra artıq kabus vəziyyətində olan bu şəhərə qayıdıblar. Makkaveylər Yerusəlimdə öz məbədlərini təmizlədikləri kimi, azərbaycanlılar da 27 ildə ilk dəfə öz məscidlərindən birinin qalıqlarını ziyarət edib və orada ibadət ediblər. Makkaveylər kimi onlar da bu yeri təmizləyir və dağıntılardan sonra şəhəri bərpa etməyə çalışırlar ki, yenidən orada yaşaya bilsinlər”.


Azərbaycan Prezidenti İlham Əliyev də ölkənin ərazi bütövlüyünün bərpa edilməsini rəsmi Bakının böyük tarixi nailiyyəti adlandırıb.


İsrailin nüfuzlu “Jewish Press” agentliyi sonda qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda müxtəlif xalqları və dinləri təmsil edən bütün vətəndaşlar sülh və mehriban qonşuluq şəraitində yaşayır. Bizim hamımızın bir arzusu vardı və indi həmin arzunu həyata keçirmişik. Biz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandıq və bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu, inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb

2021-04-14

gun az article

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

2021-04-14

gun az article

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

2021-04-13

gun az article

Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA

2021-04-13

gun az article

“Bitcoin”in qiyməti fantastik dərəcədə artdı

2021-04-13

gun az article

Bayden Putinə üçüncü ölkədə görüş keçirməyi təklif edib

2021-04-13

gun az article

İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

2021-04-13

gun az article

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

2021-04-13

gun az article

Cəbrayıl rayonunun Sədi kəndi - VİDEO

2021-04-13

gun az article

Azərbaycan Prezidenti: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

2021-04-13

gun az article

Şoyqu: “ABŞ və NATO öz qoşunlarını Rusiya ilə sərhədə cəmləşdirir”

2021-04-13

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 34 nəfər vəfat edib

2021-04-13

gun az article

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”

2021-04-13

gun az article

Tehranda İranla Rusiya arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti haqda saziş imzalanıb

2021-04-13

gun az article

İrəvan meri Qarabağa qanunsuz səfər edib

2021-04-13

gun az article

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13

gun az article

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

2021-04-13

gun az article

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

2021-04-13

gun az article

Prezident İlham Əliyev: “Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi hərbi cinayətdir”

2021-04-13

gun az article

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb

2021-04-13