SON XƏBƏRLƏR

İsrail Hizbullahın raket briqadasının iranlı komandanının şəxsiyyətini müəyyənləşdirib- Video

2021.10.20, 07:36
İsrail Hizbullahın raket briqadasının iranlı komandanının şəxsiyyətini müəyyənləşdirib- Video

Gunaz.tv

GünAz TV: İsrailin “İ-24” telekanalı bu ölkənin Hizbullah terror təşkilatının raket briqadasının iranlı komandanının şəxsiyyətini müəyyənləşdirdiyi ilə bağlı xüsusi reportaj yayınlayıb.

 

“Sepah” terror təşkilatının üzvü olan Məcid Nəvid adlı bu iranlı komandan Hizbullahın raket briqadasını idarə edir. 54 yaşlı Nəvid Beyrutda 3, Livanın cənubunda isə 2 raket briqadasına rəhbərlik edir.

 

Reportajda qeyd edilir ki, iranlı mühəndislər Hizbullahın yer-yer tipli raketlərinin dəqiqlik qabiliyyətini artırmaq üçün bu terror təşkilatına kömək edirlər.

 

“Sepah”ın Aerokosmik Qüvvələrinin əməkdaşı olan Məcid Nəvid həmçinin Yəməndə fəaliyyət göstərən iranlı raket mütəxəssisləri ilə daim təmasda olur.

 

Qeyd etmək lazımdır ki, İran regionda göstərən Hizbullah, “Həşdəş-Şəbi”, Taliban və husilər kimi müxtəlif terror təşkilatlarına hərbi və maddi yardım edir. Tehran region ölkələrində təxribatçı addımlar həyata keçirmək üçün bu təşkilatları uzaq mənzilli raketlər də daxil olmaqla, müxtəlif növ döyüş vasitələriylə təchiz edir.

 

Beynəlxalq ictimaiyyət dəfələrlə husilərin Səudiyyə Ərəbistanında sivil əhalinin yaşadığı bölgələrə atdığı raketlərin İran istehsalı olması ilə bağlı sübutlar təqdim edib.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar