SON XƏBƏRLƏR

İsrail hökumətinə təzyiqlər artdıqca, İrana hücum etməsi ehtimalı güclənir - Trend News-un icmalçısı

2021.10.20, 07:36
İsrail hökumətinə təzyiqlər artdıqca, İrana hücum etməsi ehtimalı güclənir - Trend News-un icmalçısı

Gunaz.tv
İsrail hökumətinə təzyiqlər artdıqca, İrana hücum etməsi ehtimalı güclənir - Trend News-un icmalçısı _dalga_khatunoglu_160508.jpg Azərbaycan, Bakı, 17 iyun / «Trend News» , müxbir D.Xatınoğlu/ İsrail hakimiyyətinin ölkənin daxilində və xaricindəki təzyiqləri aradan qaldırmaq üçün İrana hücum edəcəyi istisna olunmur. Beynəlxalq ictimaiyyətin İsraildən Fələstinlə sülh bağlaması üçün əməli addım atmasını və yeni şəhərciklərin inşasını dayandırmasını tələb etməsi, digər tərəfdən Baş nazir Ehud Olmertin 250 min dollar rüşvət almaqda ittiham olunması İsrail hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Bu böhrandan qurtulmaq üçün son vaxtlar rəsmi Qüds İran əleyhinə «təhdid» xarakterli bəyanatlarını artırıb və vaxt keçdikcə İsrailin İrana hücumu barədə proqnozların reallaşacağı ehtimalı güclənir. Bu günlərdə Orta Şərqə səfər edən ABŞ-ın Dövlət katibi Kondaliza Rays İsrailin İordaniya çayının qərbində yeni şəhərcik salmaq niyyətində olmasını kəskin tənqid edərək, bu addımı İsraillə Fələstin arasında sülhün bərpasında maneə kimi qiymətləndirib. İsrail şərqi Qüdsdə yerləşən Ramat Şlomo (Ramat Shlomo) regionunda 1300 evin tikilməsinə başlayır və bu layihə 2003-cü ildə bağlanmış «Yol xəritəsi» müqaviləsinə və 2007-ci ilin dekabrında Annapolis şəhərində keçirilmiş konfransda İsrailin götürdüyü öhdəliklərə ziddir. Olmert bildirir ki, 2003-cü ildə yeni şəhərciklərin inşasına dair tender elan olunması və bu planların icrasına dair qərarların qəbul olunmasından xəbərsizdir. Həmin məsələ ilə bağlı Fələstinin Baş naziri Salam Fəyyazın iyunun 11-də etirazını bildirmişdi: «Mən əminəm ki, İsrailin bu addımı ilin sonunadək sülhün bərpası üzrə planı pozacaq». Əslində, İsrail son 60 ildə böyük təzyiqlərlə üzləşib. İsrail BMT-nin 242 saylı Qətnaməsini icra etməyə məcburdur. Yəni 1967-ci ildə işğal etdiyi əraziləri Fələstinə təhvil verməli, Fələstin hökumətinin yaranmasına yardım göstərməlidir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı İsrailin inşa etdiyi yeni şəhərcikləri Fələstinə təhvil verməsini təklif edib, bunun müqabilində isə İsrailə 10 milyard dollar təzminat ödəyəcəyini vəd edib. Bu vəd İsrailin bütün bəhanələrini aradan qaldıracaq qədər maraqlı təklifdir. Lakin İsrail rəsmiləri bu addımı «zəhər şüşəsini başına çəkmək» kimi dəyərləndirirlər. İran rəsmilərinin İsrailin «yer üzündən silinməsi» ilə bağlı bəyanatlar verməsini nəzərə alsaq, İsrail belə bir riskə getməyə (242-ci Qətnaməni icra etmək) hazır deyil. Hazırda İsrail İranın müttəfiqlərindən hesab olan Suriya və «Hizbullah»la müzakirələrə başlayıb. Olmert iyunun 15-də bildirib ki, «Hizbullah»ın əsir düşmüş 10 üzvunu azad etmək niyyətindədir. Almaniyanın vasitəçiliyi ilə «Hizbullah» da 2006-cı ilin iyununda əsir götürdüyü israilli əsgərləri azadlığa buraxmalıdır. Digər tərəfdən, Olmert Türkiyənin vasitəçilyi ilə Colan təpələrini İsrailə qaytarmaq niyyətində olduğunu bildirib. Əgər bu baş tutarsa, Livanın işğal olunmuş Şiad regionunun da taleyi məlumdur, yəni, əkinə yararlı bu torpaqlar avtomatik olaraq Livana təhvil veriləcək. Bunlara İsrail hakimiyyəti hazırdırmı? Yuxarıda sadalanan faktlarla yanaşı, İsrailin daxilindəki vəziyyət də ürəkaçan deyil. Olmert 250 min dollar məbləğində rüşvət almaqda ittiham olunub və onun Kadima Partiyasındakı rəqibləri Tsipi Livni (XİN rəhbəri) və Şaul Mofaz (nəqliyyat naziri) Baş nazir vəzifəsini ələ keçirmək üçün yaranmış fürsətdən istifadə etməyə çalışırlar. Mofazın rəsmi Tehranın nüvə planını dayandırmayacağı təqdirdə İsrailin İrana hücum edəcəyi barədə iyunun 5-də verdiyi bəyanatı da bu rəqabətin göstəricisidir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu bəyanat yalnız rəqabətin mövcud olması deyil, həm də gizli bir planın vaxtsız ifşa edilməsi kimi də dəyərləndirilə bilər. Bu qənaətə gəlmək olar ki, İsrail daxili və xarici böhranlardan xilas olmaq üçün İrana hucuma hazırlaşır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar