SON XƏBƏRLƏR

İsrail: “İran Həmasa etdiyi yardımları 360 milyon dollara qədər artırıb”

2021.10.20, 07:36
İsrail: “İran Həmasa etdiyi yardımları 360 milyon dollara qədər artırıb”

Gunaz.tv

GünAz TV: Həmas nümayəndə heyətinin İrana etdiyi səfərin bitməsindən təqribən iki həftə sonra İsrail mediası keçirilmiş görüşlərin detalları və nəticələriylə bağlı məlumat paylaşıb.

 

Adlarının açıqlanmadığı İsrail rəsmilərinə istinadən dərc edilən məlumatlara görə, keçirilmiş görüşlər nəticəsində İran Həmasa etdiyi illik 100 milyon dollar yardımın həcmini 360 milyon dollara qaldırıb.

 

Saleh Əl-Ərurinin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani ilə görüşü

 

İsrailə məxsus “Jerusalem Post” internet qəzeti və “Kanal 12” televiziyası isə bildirir ki, məbləğin yüksəldilməsi birbaşa “dini lider” Əli Xamneyinin göstərişiylə həyata keçirilib. İran bunun qarşılığında Həmasın ona İsrailin raket potensialı barədə məlumatlar ötürməsini istəyib.

 

Qeyd etmək lazımdır ki, iyul ayının ortalarında Həmasın siyasi qolunun rəhbəri İsmayıl Həniyənin müavini Saleh Əl-Ərurinin başçılıq etdiyi nümayəndə heyəti İrana 1 həftəlik səfər etmişdi. Səfər çəçivəsində o, İranın bir çox rəsmisi, eləcə də “dini lider” Əli Xamneyi ilə görüşmüşdü.

 

Saleh Əruri İrandan qayıtdıqdan sonra Həmasa məxsus olan və Qəzza bölgəsində fəaliyyət göstərən "Səfa" kanalına vediyi müsahibədə bildimişdi ki, İran “mühasirədə” və sanksiyaların yaratdığı çətinliklər içərisində olmasına baxmayaraq, təşkilata hər cür kömək etməyə hazır olduğunu bəyan edib.

 

Saleh Əl-Ərurinin İran Milli Məclisin spikeri Əli Laricani ilə görüşü

 

Nümayəndə heyətinin Tehrana rəsmi səfərindən öncə Həmasa məxsus “Əl-Risalə” qəzetində dərc edilmiş xəbərdə İranın qruplaşmaya hərbi, siyasi, maliyyə, media və digər sahələrdə etdiyi köməklərdən bəhs edilirdi. Məqalədə həmçinin İranın bu köməklərdən başqa, Həmasa pulsuz silah-sursat və “güclü raketlər” verdiyi də vurğulanırdı.

 

“Jerusalem Post”un məlumatına əsasən, Həmasdan başqa, “Fələstin İslami Cihad” terror təşkilatının baş katibi Ziyad Əl-Nuxalənin İrana son səfərindən sonra rəsmi Tehran bu təşkilata da göstərdiyi maddi yardımın həcmini artırıb.

 

Qeyd etmək lazımdır ki, İranda əhalinin ağır iqtisadi durumda olmasına baxmayaraq, ölkə rəsmiləri Həmas və digər terror quplaşmalarına kömək edir. İranda iqtisadi vəziyyət o qədər ağırdır ki, hətta bir müddət öncə prezident Həsən Ruhani ölkənin hazırki vəziyyətinin İraq- İran müharibəsindəki vəziyyət qədər ağır olduğunu bildirmişdi.

 

Ağır iqtisadi vəziyyət, əmək haqlarının ödənməməsi, kəskin bahalaşma və qıtlıq səbəbindən son aylar ərzində ölkənin müxtəlif bölgələrində onlarla etiraz aksiyası keçirilib.

 

İran öz geostrateji maraqlarını həyata keçirmək üçün “İsrail və Qərblə düşmənlik” adı altında regionda fəaliyyət göstərən müxtəlif terror təşkilatlarına maddi və hərbi yardım göstərir. Bu istiqamətdə İran bu günə qədər Həmasa on milyardlarla dollar pul və silah-sursat yardımı edib. Bundan əlavə, uzun illərdir öz əhalisinin ağır vəziyyətdə yaşamasına rəğmən, İran təkcə cari ilin ramazan ayında hər gün 20 min fələstinliyə iftar süfrəsi, “Qüds günü”ndə Qəzza zolağında ölənlərin ailələrinə 651 dollar pul verib, eləcə də İsrail həbsxanalarından azad edilən fələstinlilərə bina tikib, pulsuz paylayıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar