SON XƏBƏRLƏR

İSRAİL İRANA NOYABRDA HÜCUM EDƏCƏK

2021.10.20, 07:36
İSRAİL İRANA NOYABRDA HÜCUM EDƏCƏK

Gunaz.tv
İSRAİL İRANA NOYABRDA HÜCUM EDƏCƏK ABŞ dövlət katibinin keçmiş müavini Con Bolton: “Amerika hərbi əməliyyatlarda iştirak etməyəcək” 543.jpg Xarici mətbuatda İranın vurulacağı haqda növbəti dəfə fikirlər yer alıb. Bu dəfə “Daily Telegraph” qəzeti yazıb ki, İranı zərbələri ABŞ yox, İsrail endirəcək. Qəzet ABŞ dövlət katibinin keçmiş müavini, Birləşmiş Ştatların BMT-dəki diplomatik missiyasına başçılıq etmiş Con Boltondan sitat gətirərək yazıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatlara nə vaxt başlayacağı da artıq məlumdur. Onun sözlərinə görə, hərbi əməliyyatlar ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra yeni prezidentin andiçmə mərasiminə qədər olan dövrdə başlayacaq. Bu isə noyabrın sonları-yanvarın əvvəllərinə təsadüf edir. Diplomat deyib ki, ABŞ hərbi əməliyyatlarda iştirak etməyəcək. “Əgər bir il əvvəl məndən soruşsaydılar deyərdim ki, ABŞ-ın iştirakı gözləniləndir. Lakin indi mənə elə gəlmir”. Bolton əlavə edib ki, İsrail rəhbərliyi İranın nüvə proqramlarını dayandırmaqda qətiyyətlidir. Onun sözlərinə görə, İsrail ABŞ-a İrana qarşı hərbi əməliyyatlara qoşulmaq üçün təsir göstərməyə çalışır, lakin bir çox amillər üzündən Amerika administrasiyasında İrana qarşı güc variantına tərəfdar olanlar azalıb. Bu üzdən İsrail təkbaşına İranı nüvə obyektlərini sıradan çıxarmaqda qərarlıdır. Xəbər verildiyi kimi, Amerika mətbuatı bu ayın əvvəllərində İsrail aviasiyasının İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlıq üçün təlim keçdiyini yazıb. Bu təlimlərdə 100-dən çox döyüş təyyarəsi iştirak edib və pilotlar havada yanacaq götürməklə İrana qədər olan məsafəyə uçmağı sınaqdan keçiriblər. Bundan əvvəl isə İsrailin baş nazirinin müavini Şaul Mofaz İran nüvə proqramını dayandırmasa, bu ölkəyə zərbə endiriləcəyini demişdi. Baş nazir Ehud Olmert isə istənilən yolla İranın nüvə proqramlarını dayandırmağa hazır olduqlarını bildirib. Maraqlıdır ki, İranın Amerikada prezident seçkilərindən sonra vurulacağı haqda bugünlərdə başqa məlumat da yer almışdı. Lakin həmin məlumatda İranın İsrail tərəfindən yox, ABŞ tərəfindən vurulacağı deyilirdi. Birləşmiş Ştatlar rəhbərliyi İranla bağlı hərbi güc tətbiqinin variantlardan biri kimi masa üzərində olduğunu bir neçə dəfə bildirib, lakin əlavə edilib ki, Tehranın nüvə məsələsini diplomatik yolla nizamlamağa çalışır. İran isə İsrail və ya ABŞ-ın ona qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərləri təbliğat hesab edərək onlara inanmır. Eyni zamanda, İran rəhbərliyi bildirir ki, əgər İsrail hücum etsə, cavab zərbəsi ilə yer üzündən silinəcək. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar