SON XƏBƏRLƏR

İsrail İranda yaşayan xalqları Novruz bayramı münasibətilə təbrik edib

2021.10.20, 07:36
İsrail İranda yaşayan xalqları Novruz bayramı münasibətilə təbrik edib

Gunaz.tv

GünAz TV: İsrail Xarici İşlər Nazirliyinin "Twitter" sosial şəbəkəsində fəaliyyət göstərən istifadəçi hesabları öz vətəndaşlarını, eləcə də İranda yaşayan xalqları Novruz bayramı münasibətilə təbrik edib.

 

İsrail təbrik mesajında insanlara müharibə və qantökmədən uzaq, sevgi və məhəbbətlə dolu, eləcə də digərlərinə ölüm arzulamadan keçən il arzulayıb.

 

İngilis dilində yazılan digər təbrik mesajında İsrail İranda yaşayan xalqlara koronavirus pandemiyası ilə mübarizə apardıqları bir vaxtda yeni ildə xoşbəxt və sağlam günlər arzu edib.

 

Qeyd etmək lazımdır ki, İsrail Xarici İşlər Nazirliyinin "Twitter" sosial şəbəkəsində fars dilində fəaliyyət göstərən bir neçə istifadəçi hesabı var.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar