SON XƏBƏRLƏR

İsrail İrandan Qəzzaya pul köçürülməsində məsul olan şəxsin öldürüldüyü ilə bağlı məlumat yayıb- FOTOLAR

2021.10.20, 07:36
İsrail İrandan Qəzzaya pul köçürülməsində məsul olan şəxsin öldürüldüyü ilə bağlı məlumat yayıb- FOTOLAR

Gunaz.tv

GünAz TV: İsrail Qəzza zolağına endirdiyi zərbələr nəticəsində Həmasın hərbi komandanlarından və İrandan Qəzzaya pul köçürülməsi işində məsul olan Hamed Əhməd Xudərinin öldürüldüyü barədə məlumat yayıb.

 

Bununla bağlı İsrail Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdə fars və ərəb dillərində fəaliyyət göstərən səhifələrində məlumatlar dərc edilib.

 

“İrandan Qəzzə zolağında fəaliyyət göstərən terror qruplaşmalarına milyonlarla dollar pulun köçürülməsi işini həyata keçirən Əhməd Xudəri bir neçə saat öncə İsrail ordusu və Şabakın (İsrail Daxili Təhlükəsizlik Xidməti-red.) birlikdə keçirdiyi əməliyyat nəticəsində öldürülüb”-deyə XİN-in məlumatında vurğulanır.

 

 

Səhifələrdə həmçinin İsrail hərbçiləri tərəfindən vurulan Əhməd Xudərinin içərisində olduğu avtomobilin fotosu da yayımlanıb.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar