SON XƏBƏRLƏR

İsrail İranı bombalamağa hazırlaşır

2021.10.20, 07:36
İsrail İranı bombalamağa hazırlaşır

Gunaz.tv
İsrail İranı bombalamağa hazırlaşır eaerwnyf.jpg Ehud Olmert: «İranın nüvə proqramlarını istənilən yolla dayandırmaq lazımdır» Bu ayın əvvəlində İsrail Hərbi Hava Qüvvələrinin keçirdiyi miqyaslı hərbi təlimlərin əsas ssenarisi İranın nüvə obyektlərinin bombardman edilməsi olub. Bu haqda The International Herald Tribune bir sıra ABŞ rəsmi şəxslərinə istinadla yazıb. Aralıq dənizi akvatoriyası və Yunanıstan ərazizisi üzərində həyata keçirilən bu təlimlərdə İsrail HHQ-nin 100-dən çox F-16 və F-15 təyyarələri iştirak edib. Qəzetin mənbələri bildirib ki, İsrail 1448 kliometr məsafədə hərəkət ediblər ki, bu da İsrail HHQ aerodromlarından İranın Natansdakı uran zənginləşdirmə zavoduna qədər olan məsafəyə bərabərdir. İsrail mənbələri bu barədə şərh verməyiblər. Müdafiə Nazirliyinin mətbuat katibi sadəcə bildirib ki, bu təlimlər döyüş qabiliyyətinin artırılması ilə bağlıdır. Amma Pentaqonun anonim əməkdaşının sözlərinə görə, İrana hava zərbəsi endirmək taktikası ilə İsrail Vaşinqtona, Brüsselə və Tehrana siqnal göndərib ki, İranın nüvə proqramları ilə bağlı danışıqlar nəticəsiz qalarsa, İrana zərbə endirməyə hazırdır. . nmənbə Bununla yanaşı Amerika siyasətçiləri İsrailin İrana zərbə endirməsini qaçılmaz hesab etməyə meylli deyillər. Ancaq bu ehtimalı da istisna etmirlər. Bir sıra Pentaqon rəsmilərinin fikrincə, Tehranın Rusiyadan S-300PMU1 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq İsrail rəhbərliyi həmin silahların İran Silahlı Qüvvələrinə daxil olmasına qədər əməliyyat keçirmək qərarı verə bilər. Onların fikrincə, Xatırladaq ki, elə bu ayın əvvəlində İsrailin baş naziri Ehud Olmert ABŞ-a səfəri zamanı bildirdi ki, İranın nüvə proqrammı istənilən vasitə ilə dayandırılmalıdır. Onun müavini Şaul Mofaz isə Yediot Aharonot qəzetinə müsahibəsində açıq şəkildə bildirib ki, İsrail İrana zərbə endirməyə hazırdır. Xəbər Xidməti bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar