SON XƏBƏRLƏR

İSRAİL İRANI VURMAĞA HAZIRDIR Bunun üçün lazımi raket qurğuları İraqa yerləşdirilib

2021.10.20, 07:36
İSRAİL İRANI VURMAĞA HAZIRDIR Bunun üçün lazımi raket qurğuları İraqa yerləşdirilib

Gunaz.tv
İSRAİL İRANI VURMAĞA HAZIRDIR Bunun üçün lazımi raket qurğuları İraqa yerləşdirilib 2394.jpg İran mənbələrinin yaydıqları xəbərlərə görə, İsrail təyyarələri ölkənin nüvə obyektlərinə zərbələr endirmək üçün İraq ərazisindəki Amerika hərbi hava bazalarında yerləşdirilib. Tehrandakı “Press TV” nəşrinin bildirdiyinə görə, ABŞ İsrailə İrana hücum üçün İraq ərazisindən istifadəyə icazə verib. İraq mənbələri də bu məlumatı təsdiqləyir. Bildirilir ki, bir aydır ki, İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələr İraqın Hadita şəhəri yaxınlığındakı Amerika hərbi bazasındadır. Bu təyyarələr İordaniya üzərindən İraqa gəlib. Yerli sakinlər məlumatı təsdiq edərək deyiblər ki, son günlər xüsusən gecə saatlarında Amerikanın Bağdaddan cənubdakı “Nasiriyyə” və Əl-Anbar əyalətindəki “Hadita” bazasında hərəkətlilik müşahidə edilir. Tez-tez bazalara təyyarələr enib qalxır, həmçinin bazaların mühafizəsi gücləndirilib. İsrail, İordaniya və İraq rəsmi mənbələri isə bu məlumatlarla bağlı heç bir şərh vermir. Xatırladaq ki, bu yaxınlarda İraq baş naziri Nuri əl-Maliki Tehranı inandırmışdı ki, Amerikanın bu ölkə ərazisindən İrana hücumuna imkan verilməyəcək. Xəbər verildiyi kimi, son günlər İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağı haqda xəbərlər yayılır. Bildirilir ki, ABŞ-ın İranla müharibə etmək fikrində olmadığını görən yəhudi dövləti Tehranın nüvə obyektlərini təkbaşına məhv etmək üçün hərbi manevrlər keçir. Məlumatlara görə, İsrailin İran üzərinə hücumu bu ilin payızında başlaya bilər. Pentaqon rəhbərliyi də İsrailin İrana qarşı hava əməliyyatlarına başlamaq planlarından narahatdır. Bugünlərdə İsrail ordusunun Baş Qərargah rəisinə Pentaqonda məsələhət görülüb ki, İrana qarşı hərbi güc tətbiqindən çəkinsinlər. Çünki bu addım bölgədə vəziyyəti kritik həddə gərginləşdirə və ABŞ-ən maraqlarını təhlükədə qoya bilər. İran isə İsrail və ya ABŞ-ın hərbi əməliyyatlara hazırlaşması barədə xəbərləri ciddi qəbul etməməklə yanaşı cavab tədbirləri üçün də hazırlıqlar görür. İran rəhbərliyi bugünlərdə bəyan edib ki, əgər İsrail ölkə üzərinə hücum etsə , o zaman cavab zərbələrinin hədəfi Təl-Əviv, Amerikanın bölgədəki hərbi bazaları və gəmiləri, habelə bütün dünya boyu Birləşmiş Ştatların maraqları olacaq. Həmçinin Tehran dünya neft ixracının 40 faizinin daşındığı Ormuz körfəzini də bağlaya biləcəyini elan edib. Xatırladaq ki, İran bir neçə gündür hərbi təlimlər keçirir. Bu təlimlər zamanı uzaq və orta mənzilli ballistik raketlər sınaqdan keçirilib. Dünən də sınaqlar davam edib və Tehrandan yayılan məlumata görə, bu dəfə 350 kilometrədək uça bilən “Böyük peyğəmbər-3" raketi sınaqdan keçirilib. Bu raketin taktiki-texniki göstəriciləri açıqlanmır. Bundan əvvəl İran 2 min kilometr uça bilən ”Şahab-3" raketlərini sınaqdan keçirmişdi. ABŞ artıq müxtəlif səviyyələrdə İranın keçirdiyi raket sınaqlarına münasibət bildirərək bu sınaqlar Tehranın nə dərəcədə ciddi təhdid yaratdığını bir daha göstərdiyini açıqlayıb. Dünən Dövlət Departamenti növbəti bəyanatla çıxış edərək İrandan raket sınaqlarını dayandırmağı tələb edib. Bununla belə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak deyib ki, Tehrandan yayılan şübhəli fotoşəkillərdən başqa İranın raket sınaqları keçirdiyini təsdiq edən dəlil yoxdur: “Ekspertlər hazırda bu fotoşəkillərin nə dərəcədə real olduğunu araşdırır”. Jurnalistlər isə iddia edir ki, İranın raket sınaqları haqda fotoşəkillər kompüterdə fotoşop proqramı vasitəsilə hazırlanıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar