İranın Nətənz nüvə mərkəzinə kiber hücumu Mossad həyata keçirib-İsrail təsdiqlədi

2021-04-12 11:21

İsrailin dövlət televiziyası aprelin 11-də İranın Nətənz nüvə mərkəzinə qarşı kiber hücumun İsrailin kəşfiyyat qurumu olan Mossad tərəfindən həyata keçirildiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

İsrailin “Kan” telekanalı adlarının çəkilməsini istəməyən bir neçə daxili və xarici təhlükəsizlik mənbəyinə istinadən bildirib ki, Nətənz nüvə mərkəzində baş verən partlayış və yanğın, eləcə də təsisatda quraşdırılmış yeni sentrifuqaların işinə xələl gətirən hücum əməliyyatı İsrailin kəşfiyyat orqanı olan Mossad tərəfindən reallaşdırılıb.


Həmçinin İsrailin “Jerusalem” qəzetinin rəsmi saytı yaydığı məlumatda İranın Nətənz nüvə obyektinə qarşı hücumun İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyini təsdiq edib. 


“Jerusalım” qəzeti yazıb ki, İran rəsmilərinin məsələni kiçik və əhəmiyyətsiz göstərməyə çalışmasına baxmayaraq, gerçəkləşdirilən kiber hücumunda yeraltı Nətənz təsisatına ağır ziyan vurulub. 


Bildirilir ki, rəsmi Tehranın açılışını etməsindən bir gün sonraya təsadüf edən Nətənz təsisatına hücumun fəsadlarını aradan qaldırmaq və onun fəaliyyətini yenidən bərpa etmək üçün ən azı 9 ay vaxt tələb edəcək. 

دستگاه‌های سانتریفیوژ در تاسیسات هسته‌ای نطنز

Xatırladaq ki, uranın zənginləşdirilməsi fəaliyyəti ilə məşğul olan yeraltı Nətənz nüvə təsisatına qarşı hücumdan az sonra İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın təsisatının elektrik şəbəkəsində baş verdiyini bildirib. O, qəza nəticəsində insan tələfatının olmadığını və mərkəz ətrafında hər hansı bir çirklənmə baş vermədiyini açıqlayıb.


İran Atom Enerji Təşkilatının rəisi Əli Əkbər Salehi isə mediaya açıqlamasında Nətənz təsisatına qarşı hücumun arxasında konkret hansı ölkənin olduğuna toxunmadan, hücumu İrana qarşı “nüvə terrorizmi” adlandırıb. 

علی‌اکبر صالحی

İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi


“Nətənzdə uranın zənginləşdirilməsi mərkəzinə edilən bugünkü hücum, İranın nüvə  nailiyyətlərinin əleyhinə çıxan və Vyanada aparılan nüvə danışıqlarına müxalif olan qüvvələrin məğlubiyyətə uğradığını göstərir. Məqsəd isə İranın nüvə sənayesinin inkişafının qarşısını almaq və ölkəmizə qarşı tətbiq edilən ədalətsiz sanksiyaların aradan qaldırılmasına gətirib çıxara biləcək nüvə danışıqların uğurlu alınmasına mane olmaqdır”, -deyə İran Atom Enerji Təşkilatının rəisi Əli Əkbər Salehi bildirib. 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”

2021-05-10

gun az article

Ermənistan parlamenti buraxıldı

2021-05-10

gun az article

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər

2021-05-10

gun az article

Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

2021-05-10

gun az article

DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib

2021-05-10

gun az article

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

2021-05-10

gun az article

Prezident Vətən Müharibəsi Şəhidlərinin məzarını ziyarət etdi

2021-05-10

gun az article

Azərbaycanda koronavirus mənzərəsi: Yoluxma sayı azaldı

2021-05-10

gun az article

Əsgər valideynləri Robert Koçaryanı qəbiristanlıqdan qovdu - VİDEO

2021-05-10

gun az article

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

2021-05-10

gun az article

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

2021-05-10

gun az article

Amerikan Dəniz Qüvvələri Ərəb dənizində İran silahlarını husilərə daşıyan gəmini saxlayıb - FOTOLAR

2021-05-10

gun az article

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

2021-05-10

gun az article

Türkiyə səfiri: “Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük müharibədə alıblar”

2021-05-10

gun az article

Paşinyanın maşın karvanında qəza: Qadın xəstəxanalıq oldu

2021-05-10

gun az article

Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

2021-05-10

gun az article

İranda koronavirusdan daha 351 nəfər vəfat edib: Ölənlərin sayı 75 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-10

gun az article

Sergey Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

2021-05-10

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis əməkdaşı öldürüldü

2021-05-10

gun az article

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub - FOTO

2021-05-10