SON XƏBƏRLƏR

İsrail İranla müharibəyə hazırdır

2021.10.20, 07:36
İsrail İranla müharibəyə hazırdır

Gunaz.tv
İsrail İranla müharibəyə hazırdır israil-iran-hede.jpg İsrail öz təhlükəsizliyinə təhdid hiss etsə, İrana qarşı qəti hərəkətlərə hazırdır. Lent.az-ın “NR2” saytına istinadən verdiyi məlumata görə, İsrail müdafiə naziri Ehud Barak ölkəsinin əvvəllər də təhlükəsizlik məsələlərində tərəddüd etmədiyini göstərdiyini vurğulayıb: “Bu zaman İsrailin düşmənlərinin, məsələn, Livandakı iranpərəst “Hizbullah” silahlı qruplaşmasının mümkün reaksiyası nəzərə alınacaq”. Ehud Barak bu bəyanatı İranın yeni raket sınaqlarını həyata keçirməsindən sonra verib. Xatırladaq ki, İran iyulun 9-da və 10-da müxtəlif modifikasiyalı raketlərin, o cümlədən İsraili vura biləcək “Şahab-3” ballistik raketlərinin sınaqdan keçirildiyini bəyan edib. Buna cavab olaraq İsrail yeni “Eitam” təyyarəsini nümayiş etdirib. Həmin təyyarə İranda keçirilən sınaqlar və bu ölkənin nüvə proqramı ilə bağlı məlumatlar toplaya biləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar