SON XƏBƏRLƏR

İSRAİL ORDUSU İRANA HÜCUM ÜÇÜN MƏŞQ KEÇİB

2021.10.20, 07:36
İSRAİL ORDUSU İRANA HÜCUM ÜÇÜN MƏŞQ KEÇİB

Gunaz.tv
İSRAİL ORDUSU İRANA HÜCUM ÜÇÜN MƏŞQ KEÇİB 100-dən çox təyyarənin qatıldığı təlimlər zamanı nüvə obyektlərinin dağıdılması sınaqdan keçirilib 2653.jpg İsrail silahlı qüvvələri iyunun əvvələrində İrana hücum üçün gizli təlimlər keçib. Bu barədə “The New York Times” qəzetinin xəbərində deyilir. Qəzetin yazdığına görə, Aralıq dənizinin şərq sahillərində, Yunanıstan ərazi suları yaxınlığında keçirilən manevrlər zamanı 100-dən çox F-16 və F-15 döyüş təyyarələri, o cümlədən vertolyotlar iştirak edib. Təlimlər zamanı pilotlar yanacaq götürmədən 900 mil məsafəyə uçmağı sınaqdan keçiriblər. Bu məsafə İsraillə İranın Natanzdakı nüvə obyekti arasındakı məsafəyə uyğundur. İsrail Müdafiə Nazirliyi təlimlərlə bağlı şərh vermir, Amerika hərbçiləri isə təlimlərin İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlıq olduğu qənaətinə gəliblər. Manevrlər zamanı bombardmançı təyyarələrə havada yanacaq vurulması, habelə yeraltı bunkerlərdə yerləşən obyektlərə zərbələr endirilməsi sınaqdan keçirilib. Son vaxtlar İsrail rəhbərliyi İrana qarşı hərbi əməliyyatlara əl atıla biləcəyi ilə hədələyir. İran isə dəfələrlə bəyan edib ki, əgər İsrail hər hansı təcavüzə cəhd etsə, yer üzündən silinəcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar